Bir ağac növü olan darçın tərkibindəki komponentlər sayəsində insan orqanizminə bir çox cəhətlərdən faydalar verir. Xüsusilə, mədə xəstəlikləri üçün faydalı hesab edilən darçın bağırsaqlardakı bakteriya və parazitlərlə də mübarizə aparır. Təbii müalicə üsullarında istifadə edilən darçın yeməklərdə, desertlərdə və içkilərdə də tez-tez seçilir.
Darçının faydaları nələrdir?
-Darçın antioksidan xüsusiyyətlərə malikdir. Beləliklə, mikroblarla mübarizə apara bilir.
-Bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir.
-Mövcud infeksiyalar üçün yaxşı olsa da, yeni infeksiyalar üçün də profilaktikdir.
-Yaşlanmağı gecikdirir.
-Beyin funksiyalarını gücləndirir.
-Xolesterolu azaltmağa kömək edir.
-Tənəffüs yolu infeksiyalarında buxar üsulunda istifadə edildikdə faydalıdır.
-Dəridəki ləkələri sağaldır.
-İltihab əleyhinə xüsusiyyətlərə malik olan darçın infeksiyalardan qoruyur.
-Ürək xəstəliklərinə səbəb olan qan təzyiqi və ya xolesterin kimi xəstəliklərdə tarazlığı təmin edir. Bu infarkt riskinin qarşısını alır.
-İnsulin müqavimətini azaldır.
-Tərkibindəki antibakterial xüsusiyyətlər HİV ilə mübarizəyə kömək edir.
-Müalicəsi olmayan və insanların unutmasına səbəb olan Alzheimer xəstəliyinin qarşısını ala bilər.
-Quru göz və konjonktivit göz problemlərindən əziyyət çəkən insanlar üçün yaxşıdır.
-Tərkibindəki prebiyotik tərkibinə görə bağırsaqların daha yaxşı işləməsini təmin edir və həzmi tənzimləyir.
Darçın hansı xəstəliklərə qarşı təsirlidir?
Darçın bir çox xəstəliklərə yaxşı gəlir. Tərkibində şəkər, Alzheimer xəstəliyi və xolesterinin yaxşılaşdırılması üçün dəstəkləyici maddələr var. Əsrlər boyu Çində dərman kimi istifadə edilən bu ədviyyat təbii müalicə üsulları üçün əvəzolunmaz hala gəlib.
Gündə nə qədər darçın qəbul edə bilərik?
Darçın tozunu qabıq olaraq qəbul edəcəksinizsə, bir darçın çubuğunun miqdarını aşmamalısınız. Toz şəklində qəbul edildikdə tövsiyə olunan miqdar yarım çay qaşığıdır. Bu darçın tozunu içkilərinizə, yeməklərinizə və desertlərinizə tökərək istifadə edə bilərsiniz. Darçının tövsiyə olunan miqdarını aşmaq bədəndə bəzi yan təsirlərə səbəb ola bilər. Bunlardan bəziləri allergiya, qəbizlik, beyin qanaması, qan şəkərinin sürətlə düşməsi, böyrəklərin zədələnməsi və dərinin qıcıqlanmasıdır.
Darçınlı suyu qəbul etməyin faydaları nələrdir?
-Darçınlı suyun qəbulu ilə bədəndə yağ yandırılmasını sürətləndirir, bu da arıqlama dövrlərini daha səmərəli edir.
-Metabolizmanın daha sürətli işləməsini təmin edir.
-İştah kəsici xüsusiyyətə malikdir. Şirniyyatlarla birlikdə qəbul edildikdə daha az yemək istəyi yaradır.
-Tərkibində antibakterial komponentlər olduğu üçün həzmi təmizləyir.
-Yaddaş üçün yaxşıdır.
-Ağız sağlamlığına fayda verir.
-Menstruasiya zamanı və ondan əvvəl rahatlamağa kömək edir.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva