Bu gün:

Azərbaycan və xarici yazarların körpə baxımı barədə kitabları


Əsərin adı: "Bağçada artıq gec olacaq" 

Müəllif: Masaru İbuka 

Səhifə sayı: 192

Bu, son dərəcə xeyirxah kitabın müəllifi hesab edir ki, balaca uşaqlar hər şeyi öyrənməyə qadirdirlər. O, ətraf mühitin yeni doğulan körpələrə güclü təsiri barədə mühakimələr yürüdür və uşağın erkən inkişafına kömək edən sadə və anlaşıqlı üsullar təklif edir. Onun fikrincə, böyüklərin çətinliklə mənimsədiklərini uşaqlar asanlıqla, oynaya-oynaya öyrənirlər. Bu proses də ən başlıcası – yeni təcrübənin vaxtında tətbiqidir. Lakin hər gün uşağın yanında olan şəxs, bu “lazımi” vaxtı duya bilər. Bu kitab kiçik uşaqlarının qarşısında yeni, gözəl imkanlar açmaq istəyən bütün analara və atalara ünvanlanıb.

Əsərin adı: "Üç yaşa qədər hələ tezdir" 

Müəllif: Stiv Biddalf

Səhifə sayı: 214

Görkəmli ingilis psixoloqu Stiv Biddalf “Üç yaşa qədər hələ tezdir” elmi-tədqiqat əsərində körpələr evinin in­tensiv inkişaf sisteminə geniş yaradıcılıq kontekstində yanaşılmasının zəruri olduğunu elmi və praktiki əsaslarla şərh etmişdir. Bu kitabda qarşıya qoyulam problemlər ob­yektiv dəlillər üzərində öz həllini tapmışdır.

Əsərin adı: "Uşağınızın sağlamlığı haqqında hər şey" 

Müəllif: Yuliya Matyuxina 

Səhifə sayı: 344

Bu kitab, həqiqətən, sehrli bir kitabdır. Burada uşağınızın dünyaya gəldiyi ilk gündən bir yaşına qədər ona qulluqla əla­qə­dar olan ən vacib şeyləri biləcəksiniz. Çətin vəziyyətlərdə özü­nüzü itirməməyi öyrənəcək, körpənizi isə sağlam və xoşbəxt gö­rəcəksiniz. Siz yeni doğulmuş körpənin hansı xüsusiyyətlərə malik olduğunu, geniş yayılmış uşaq xəstəlikləri zamanı körpə­nizə ilkin yardım göstərməyi öyrənəcəksiniz. Kitabın məq­sədi azyaşlı körpəsi olan valideynləri maarifləndirməkdir.

Əsərin adı: "Xoşbəxt hamiləlik və doğuş haqqında hər şey" 

Müəllif: Sergey Afanasyev və Anna Filtseva 

Səhifə sayı: 308

Kitabın əsas ideyası sağlamlıqdır. Kitabda gələcək ananın arzularını həyata keçirmək üçün olduqca əhəmiyyətli məsləhətlər verilmiş, bu yolda hansı mərhələləri keçmək üsulları aydınlaşdırılmışdır. Lakin kitabın əsasını hamiləlik və doğuşla bağlı çoxlu sayda sağlamlıq tədbirləri təşkil edir. Həm hamilə qadının, həm də dünyaya gəlməyə hazırlaşan körpənin sağlam və qüsursuz olması üçün Ümumdünya Sağlamlıq Təşkilatının müasir təd­qiqatları və həkimlərin şəxsi təcrübələri kitabda öz geniş əksini tapmışdır. Kitab gənc və dünyaya övlad gətirməyə hazırlaşan ailələr üçün nəzərdə tutulmuşdur.

Əsərin adı: "Xoşbəxt uşaqlar böyüdək: nə etməli?" 

Müəllif: Siyavuş Quliyev 

Səhifə sayı: 160

Xoşbəxt uşaqlar böyütmək üçün ailədə nizam-intizam qaydaları necə yaradılmalıdır? Nə etməliyik ki, körpə ana-atasına düzgün bağlansın? Uşaqlara ilk günlərdən düzgün və ağıllı seçim etmə­ləri üçün necə dəstək ola bilərsiniz? Uşaqlarınız arasında sağlam münasibət yaratmaq üçün nə edə bilərsiniz? Uşaqların sağlam böyüməsi üçün ən vacib olan prin­­­siplər hansılardır? Uşaqlarınızı cəsarətli böyütmənin şərtləri. Uşaqlarda məsuliyyət hissinin yaranması üçün nə etməliyik? Uşaqlara əxlaqi dəyərləri necə aşılamaq olar? Uşaqlarda özgüvəni tərbiyə etmənin üsulları han­­­sı­lardır? Nəzakətli və mərhəmətli uşaqlar necə böyüyür? Bu və digər çoxsaylı suallara cavab tapmaq istəyirsinizsə, bu kitabı oxuyub və əməl etməyiniz məsləhətdir. Uğurlu və cəmiyyətdə mövqe sahibi olmaq heç də həmişə insana xoşbəxtlik gətirmir. Xoşbəxt insanlar da çox vaxt var-döv­lətə, mənsəbə, titullara sahiblənmək istəmirlər. Həm uğurlu, həm də xoşbəxt olmaq istəyirsinizsə, bu kitabı oxuyub və əməl etməyiniz məsləhətdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif bu kitabda Dr. Willam Sears, Dr. Marta Sears, Aletha S.Solter, Osho, Özgür Bolat, Naom Aldort, Oytun Erbaş, Anat Boniel və başqalarının əsərlərindən tərcümə edərək mənbə kimi istifadə etmişdir. Bu kitabın ərsəyə gəlməsində ilk oxucularıma – Prof. Raqib Quliyevə, dostlarım Elşad bəyə, Ehtiram bəyə, mənə mənəvi dəstək olmuş oğlum Rəsula, kitabın tərtibindəki əvəz­­­siz köməyinə görə qızım Gülnaza və ailəmə təşəkkür edi­rəm.

Əsərin adı: "Xoşbəxt uşaqlar böyütmək üçün düzgün valideynlik" 

Müəllif: Siyavuş Quliyev 

Səhifə sayı: 160

Düzgün valideynlik nədir və xoşbəxt uşaqlar böyüt­məkdə onun faydaları nədən ibarətdir?Hamiləlikdə və doğuşdan dərhal sonra, valideynlər körpələri ilə necə düzgün bağ yarada bilərlər? Körpəni əmizdirmənin və qucaqda daşımağın faydaları nədən ibarətdir? Valideynlər körpə ağladıqda və yatmaq istəmədikdə nə etməlidirlər? Uşaqların zəkasını və duyğularını necə düzgün inkişaf etdirə bilərsiniz? Uşaqlarda özgüvəni və özünəinamı necə formalaşdırmaq olar? Uşaqları müstəqil böyütmənin üsulları hansılardır? Uşaqlara düşünmə bacarığı necə qazandırılır? Uşaqlar necə öyrənir? Yaradıcılıq qabiliyyəti uşaqlarda necə formalaşır? Qorxu genetikdirmi, yoxsa sonradan qazanılır? Bu və digər çoxsaylı problemlərə cavab tapmaq istəyir­sinizsə, bu kitabı oxumaq məsləhətdir. Uşaqlarınızı məsuliyyətli, cəsarətli, xoşbəxt böyütmək istəyirsinizsə, bu kitabı oxumalısınız. Bu kitab özgüvənli, bacarıqlı, uğurlu uşaq böyütmək istəyən valideynlər üçün dərs vəsaiti rolunu oynaya bilər. Müəllif bu kitabda Dr.William Sears, Dr.Martha Sears, Maria Luisa Ferreros, Aletha J.Solter, Noom Aldort, Anat Boniel, Ozgur Bolat, Doğan Cüceloğlu və digər məşhur psixoloqların əsərlərini ilk mənbə kimi istifadə etmişdir. 

Əsərin adı: "Uşaq və ona qulluq" 

Müəllif: Benjamin Spock

Səhifə sayı: 600

Əziz valideynlər, çoxunuzun lazım olduqda həkimə müraciət etmək imkanınız var. Həkim uşağınıza bələddir, odur ki, ən yaxşı məsləhəti də sizə ancaq o verə bilər. Bəzən ona ötəri bir baxış və bir-iki sual vermək kifayətdir ki, körpənizə nə olduğunu başa düşsün. Bu kitab diaqnoz qoymaq və ya müstəqil müalicə etmək yollarını öyrət­məyi nəzərdə tutmur. Müəllif sizə yalnız uşaq və onun ehtiyacları barədə ümumi təsəvvür vermək istəyir. Düzdür, müstəsna hallarda həkimə gedə bilməyən valideynlərə kitabın bəzi fəsillərində ilk yardım göstərmək barədə məsləhətlər verilir. Kitabın verdiyi məsləhət heç bir məsləhətin olmamasından, əlbəttə, yaxşıdır. Lakin əsl tibb yardımı almaq imkanı varsa, yalnız kitaba arxayın olmağına dəyməz. Hər uşaqda xəstəlik müxtəlif şəkildə keçir, ayrı-ayrı ailələrdə tərbiyə formaları da cürbəcür olur. Mən ancaq ümumi halları təsvir etməklə kifayətləndim. Bir də unutmayın ki, öz uşağınıza yaxşı bələdsiniz, mən isə onun haqqında heç nə bilmirəm.

Əsərin adı: "Uşaqla necə ünsiyyət saxlamalı?" 

Müəllif: Y. B. Qippenreyter 

Səhifə sayı: 196

Uşaqla normal münasibətləri necə qurmalı? Onu sözə qulaq asmağa necə məcbur etməli? Çıxılmaz vəziyyətdə münasibətləri düzəltmək olarmı? Siz kitabda bu və digər suallara cavab tapacaq­sınız, onları öz həyat təcrü­bənizdə necə həll etməyin yollarını biləcəksiniz. Kitabda çoxlu illüstrasiyalar verilib, hansı ki, valideynlər və uşaq­lar ara­sında ünsiyyəti asanlaşdırır. Yuliya Borisovna Qippenreyter 25 mart 1930-cu ildə Moskvada doğulub. 1953-cü ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin psixologiya şöbəsini bitirib. Fəlsəfə elmləri doktorudur (1975). Yuliya Borisovna hazır­da M.V.Lomonosov adına MDU-nun ümumi psixologiya kafedrasının pro­fes­­sorudur (1978). O, psixologiya üzrə 80-dən artıq elmi-publisist məqalələrin, o cümlədən dünyada şöhrət qazanmış, valideynlər və pedaqoqlar üçün nəzərdə tutul­muş "Uşaqla necə ünsiyyət saxlamalı?" kitabının müəllifidir.

Əsərin adı: "Xoşbəxt uşaq böyütməyin fəlsəfəsi" 

Müəllif: Siyavuş Quliyev 

Səhifə sayı: 144

Valideyn olaraq biz kimik? Ana-ata olaraq nələri bilməliyik? Dünyaya gətirdiyim körpə nəyə qadirdir? Utancaqlıq duyğusu necə yaranır və insan xarakterinin formalaşmasında onun rolu nədən ibarətdir?Övladın özgüvəni söhbət əsnasında, daxilində necə formalaşır? Ailə söhbətlərinin faydası nədir və o ­hansı dəyərləri aşılayır?Övlad niyə özünə qapanıq, yalançı, oğru, tənbəl böyüyür? Övladın eqosu necə formalaşır? Kitabda bu səpkidə geniş spektrdə suallara cavab axtarılır. Müəllif tərəfindən şərh olunmuş düşüncə və dəyərləndirmələr övlad böyütmək kimi fövqəladə önəmli, eyni zamanda, çətin və uzun səyahətdə oxuculara dəstək olmaq məqsədi daşıyır. Kitab zəkalı, uğurlu və xoşbəxt övlad böyütmək prosesində faydalı dərs vəsaiti rolu oynaya bilər. Məsuliyyətli, çalışqan, müstəqil və həyatsevər övlad arzulayanlar, bunu həyatlarının ali məqsədi səviyyəsinə yüksəltmək istəyənlər kitabda işıqlandırılmış fikir və təcrübələrdən faydalanacaqlar.

Müəllif özünün araşdırmalarında və irəli sürdüyü təkliflərin formalaşmasında övlad psixologiyası sahəsində dünyada sayılan Aletha J. Solterin, Con Medinanın, Doğan Cücəloğlunun, Masaru İbukanın, Mehtap Kayaoğlunun, Özgür Bolatın, Yuliya Qippenreyterin, Dr. Willam Searsın və başqalarının əsərlərini ilk mənbə kimi istifadə edib.

Əsərin adı: "Necə danışmalı ki, uşaqlar dinləsinlər? Necə dinləməli ki, uşaqlar danışsınlar?" 

Müəllif: Adele Faber və Elaine Mazlish 

Uşaqlarla münasibətlərdə problemlər hər kəsdə olur. “Niyə sən sözə qulaq asmırsan, niyə sən özünü belə aparırsan?” – bu kimi məzəmmətlər hər uşağa tanışdır və hər bir valideyn qızından və ya oğlundan cavab ala bilməyəndə bəzən öz acizliyini hiss edir. Lakin iş orasındadır ki, böyüklər uşağa öz fikirlərini və hisslərini necə çatdırmağı və onu necə başa düşməli olduqlarını hər vaxt bilmirlər.

Bu kitab – uşaqlarla (məktəbəqədər yaşdan yeniyetməlik dövrü­nə­dək) necə düzgün ünsiyyət qurmaq barədə məntiqli, anlaşılan, qəşəng və yumor hissi ilə yazılan bir dərslikdir. Heç bir usandırıcı nəzəriyyə olmadan, bütün ehtimallara qarşı yalnız yoxlanılmış praktik məsləhətlər və çoxlu canlı nümunələr ilə. Müəlliflər- valideyn-uşaq münasibəti sahəsində dünyada məşhur olan mütəxəssislər həm öz şəxsi (hərəsinin 3 uşağı var), eləcə də onların seminarlarına gələn çoxsaylı valideynlərin təcrübələrini oxucularla bölüşürlər. Kitab uşaqlarla tam anlaşılmaya gəlmək istəyən və “nəsillər konfliktləri”nə həmişəlik son qoyan hər bir kəs üçün maraqlı olacaq.

Əsərin adı: "Bütün beyinli uşaq" 

Müəllif: Daniel Siegel və Tine Payne Bryson 

Səhifə sayı: 184

Körpə birdən-birə isterikaya qapılır? Uşaq bağçaya getməkdən boyun qaçırır? Məktəbli öz yoldaşlarıyla ünsiyyət qura bilmir? Ailə həyatında bu kimi çoxsaylı problemlərlə rastlaşırıq. İki tanınmış psixoloqun birlikdə yazdığı bu kitabda uşaqların şıltaqlığı beyin “böyüməsi”nin mərhələləriylə izah olunur. Emosional və intellektual inkişaf üçün 12 inqilabi tərbiyə strategiyası təqdim edilir. Valideynlər bu kitab vasitəsilə beynin necə işlədiyini öyrənə və uşaqlara başa sala bilərlər. Həm də sadə və anlaşıqlı bir dildə. Nəticə tezliklə özünü göstərəcək. Balacalar özlərini daha yaxşı anlayacaq, davranışlarını tənzimləyəcəklər.

Əsərin adı: "Varlı ata, kasıb ata" 

Müəllif: Robert T. Kiyosaki, Sharon L. Lechter

Səhifə sayı: 232

Kitab müasir həyatda yüksək rifah içində yaşamağın yollarını öyrədir. Qanunları pozmadan varlanmağın müxtəlif sirləri var. Burada müəlliflər öz təcrübələrini bölüşür, mümkün prinsip və şərt­ləri təhlil edirlər. Kitabın ümumi məğzi bundan ibarətdir: müasir dövrdə çoxlu pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur. Ağıllı olmaq, enerjini və biliyi səmərəli xərcləmək yetərlidir. Təbii, əldə olunan vəsaiti düzgün paylaşdırmaq və ondan düzgün istifadə etmək də şərtdir. Eyni zamanda, maliyyə savadı almalı, bazar konyunkturasını öyrənməli və bütün bunları təcrübədə tətbiq etməliyik. Yaxşı var-dövlət qazanmaq və öz həyatınızı firavanlıq içərisində keçirmək istəyirsinizsə, doğru ünvandasınız.

Əsərin adı: "Varlı uşaq, ağıllı uşaq" 

Müəllif: Robert Kiyosaki 

Səhifə sayı: 392

Bu kitab müasir həyatda böyüyən nəslə, həm varlı, həm də kasıb uşaqlara yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Kitabdan çıxan nəticə budur ki, valideynlər öv­ladlarının elmə yiyələnmələrini qiymətləndirir, onların müstəqil hə­yatda ilk maliyyə uğurlarını alqışlayırlar. Onların bu istək­lərinin həyata keçməsi naminə fəal mübarizə aparmalarını arzulayırlar.

Əsərin adı: "Mani adlı bir it-uşaqlar üçün pul əlifbası" 

Müəllif: Bodo Schafer 

Səhifə sayı: 224

Mani – bu, on iki yaşlı qıza pul ilə davranmağı öyrədən itin adıdır və Kira, nəinki, özü pulla düzgün rəftar etməyi öyrənir, həm də valideynlərinə maliyyə çətinliyindən yaxa qurtarmaqda kömək edir.

Əsərin adı: "Sağlam hamiləlik haqqında kitab" 

Müəllif: Dr. Uilyam Sirs, Marta Sirs 

Səhifə sayı: 440

Həyatla səsləşən informasiyalarla zəngin olmasına təminat verən Sirs ticarət markasının bir nümunəsidir. Bu kitab bu günün sağlam düşüncəli valideynlərinin çoxsaylı tələblərini ödəyən dəyərli bir mənbədir.

Əsərin adı: "Ömürlük hədiyyə" 

Müəllif: Karlos Qonsales 

Doktor Qonsalesin özünün də etiraf etdiyi kimi, ana və uşağın sağlamlığında döşlə əmizdirmənin rolu və üstünlükləri onun nəzərində danılmazdır. O, əmindir ki, döşlə əmizdirmə, sadəcə, uşağı sağlam böyütmək üçün adi bir vasitə və yaxud qadının özünə məhdudiyyət qoyması, övladının rifahı naminə özünü qurban verməsi deyil, onun öz həyatının, seksual və reproduktiv dövrünün normal tərkib hissəsidir. Öz növbəsində uşaq üçün adi qidalanmaq vasitəsi deyil, həm də və eyni zamanda ana ilə emosional bağlılığı formalaşdırmaq imkanıdır.

Buna görə də, doktor Qonsales bu kitabı körpəsini döşlə əmizdirmək istəyən məhz belə qadınlara kömək məqsədilə tam və hərtərəfli dərslik kimi işləyib. O bu kitabda döşlə əmizdirməyə dair bir çox maraqlı mövzulara təfərrüatı ilə aydınlıq gətirib: qadının süd vəzisinin anatomiya və fiziologiyasından tutmuş uşağın çəki və boy artımınadək, əmizdirmə texnikasından tutmuş ana və uşaqlarda ən çox rast gəlinən xəstəliklərədək, döşlə əmizdirmə ilə eyni zamanda körpəyə müxtəlif qida növləri və dərmanların verilməsindən tutmuş ananın işə çıxmasının qaçılmaz olacağı təqdirdə döşlə əmizdirmənin təşkili üsullarınadək. Müəllif əmizdirmə zamanı tez-tez yaranan bir çox sualları da cavablandırır.

Hazırladı: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et