Mütəxəssislər son bir araşdırmaya görə, erkən ölüm riskini 20% azaltmağa kömək edə biləcək dörd ümumi sağlam qidalanma modelini təyin etdilər.
ABŞ-dəki Harvard Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma qidalanma formaları ilə erkən ölüm arasında hər hansı bir əlaqənin aşkarlanmasına yönəldilmişdir.
JAMA Internal Medicine jurnalında dərc olunan bir araşdırmaya görə, Ph. Dr professor və Harvard bəslənmə kafedrasının müdiri Frank Hu amerikalılar üçün pəhriz tövsiyələrinin sağlamlığa təsiri ilə bağlı araşdırmaların bu günə qədər ən dolğun olduğunu söylədi.
ABŞ-də ən çox yayılmış dörd yemək rejimini təhlil etdikdən sonra komanda 36 ildir, iştirak edən 75.000-dən çox qadın və 44.000-dən çox kişini izlədi.
Harvard Universitetinin müəyyənləşdirdiyi dörd sevimli sağlıqlı yemək planı;
Ardıcıl altıncı ildir ki, ABŞ xəbərləri və dünya hesabatına görə ən yaxşı pəhriz olaraq tanınan Aralıq dənizi pəhrizi, tam taxıl, balıq və ya toyuq, tərəvəz və antioksidanlarla zəngin zeytun yağı istifadə etməyi tövsiyə edir.
Aralıq dənizi pəhrizi Aralıq dənizi ilə həmsərhəd olan İtaliya, Yunanıstan, Xorvatiya, Türkiyə və Monako da daxil olmaqla, təzə göyərti, meyvə, balıq, qoz-fındıq və zeytunun bol olduğu 21 ölkənin ənənəvi pəhrizlərinə əsaslanır.
Əvvəlki araşdırmalara görə, Aralıq dənizi pəhrizinin ürək-damar xəstəlikləri və digər xroniki xəstəliklər riskini azaltdığı bilinir. Bu pəhrizə riayət edənlərin ölüm riski də 18% azalıb.
Sağlam bitki mənşəli pəhriz Aralıq dənizi pəhrizinə bənzəyir, lakin pendir də daxil olmaqla heyvan məhsulları daxil edilmir.
Frank Hu CNN-ə izah edib ki, “bitki mənşəli pəhrizdə balıq və ya bəzi süd məhsulları kimi nisbətən sağlam qidalar belə daxil olmasa da, veganizm ölüm riskini 14% azaldır".
ABŞ Kənd təsərrüfatı, Səhiyyə və İnsan Xidmətləri şöbələri tərəfindən hazırlanan bu pəhriz təlimatları bitki mənşəli qidaları, yağsız heyvan zülalı və süd məhsullarını təşviq edir, qırmızı ətlər, əlavə şəkərlər, zərərli yağlar və alkoqolu isə qadağan edir. Bu pəhrizdə vaxtından əvvəl ölüm riski də 19% aşağı idi.
Harvard Universitetinin tədqiqatçıları tərəfindən bu araşdırma üçün hazırlanan alternativ sağlam qidalanma indeksi, pəhrizinizə təzə tərəvəz və meyvələr, tam taxıllar, qoz-fındıq, paxlalılar, bitki zülalları, balıq və sağlam yağların daxil edilməsini tövsiyə edir.
“Açıq şəkildə qoz-fındıq, toxum, tam taxıl, daha az qırmızı və işlənmiş ət istifadəsi və şəkərlə şirinləşdirilmiş içkilər daxil etdik. Orta dərəcədə içməyə icazə veririk“,– dedi. Bu qidalanma forması da erkən ölüm riskini 20% azaldıb.
Ömrü uzadan və xəstəliklərdən qoruyan qidalar
Avokado
B vitaminləri, D vitamini, kalium və müxtəlif yağlar olan nadir meyvələrdən biri sayılan avokado sağlamlığa faydalıdır. Bu qan təzyiqi və ürək xəstəliklərinin qarşısını almağa kömək edir.
İspanaq
Ürək, qan təzyiqi, göz və dəri xəstəliklərinə qarşı təsirli bir tərəvəzdir. Tez-tez istifadə edildikdə dəridə bir çox ləkənin qarşısını almaq olar.
Göbələk
Aparılan tədqiqatlarda göbələyin bədəni xəstəliklərdən qoruduğu göstərilmişdir.
Gül kələmi
Sinir sisteminə müsbət təsir göstərən və zehni yorğunluğu aradan qaldıran bir tərəvəz olan gül kələmi mövsümdə mütəmadi olaraq qəbul edilməlidir.
Mənbə: Cnntürk
Tərcümə etdi: Aysu Əsədova