
Uşaqlarda zaman-zaman müxtəlif tiklər və obsessiyalar müşahidə oluna bilər. Bunlar müxtəlif psixoloji vəziyyətlərdən yarana bilər və ya ətrafdakı insanlardan öyrənilən davranışlar kimi yarana bilər.
Tik və obsessiya arasındakı fərq
Tik:
Tik bədənimizdəki bəzi əzələlərin qeyri-ixtiyari qısamüddətli daralması nəticəsində yaranan səslər və hərəkətlərdir. Hərəkət tikləri (göz qırpma, burun hərəkəti) və vokal tiklərə (boğaz çəkmə, burnunu çəkmə, qısa səs) bölünür. Uşaq tikləri bir müddət boğularaq qarşısı alına və sonra davam edə bilər.
Vəsvəsə:
Vəsvəsə insanın istəmədiyi zaman ağlına daxil olan düşüncələr və xəyallar olaraq təyin edilə bilər. Adətən, obsessiyaları olan insanlar ondan qurtulmaq üçün müəyyən işlər görürlər.
Tiklər və vəsvəsələr fərqli olsa da, hər ikisinin meydana gəlməsində beynin oxşar bölgələri rol oynayır, lakin onların müalicə üsulları fərqlidir.
Tik niyə yaranır?
Mütəxəssislər qeyd edirlər ki, görünən və görünməyən gərginliklər tiklərin başlamasına səbəb ola bilər. Genetik səbəblər də var, lakin ilk növbədə, stress onları tətikləyir. Tik və vəsvəsəsi olan uşaqlar araşdırıldığında onların problemlərinin ailə daxilində hiss olunan gərginliklərdən yarandığı görülür. Məsələn, evdə valideynlər arasında ayrılığın olduğu və bunun uşaqdan gizləndiyi vəziyyətlərdə uşaq evdə gərginlik olduğunu hiss edir və tiklər əmələ gətirir. Yəni gərginlik birbaşa uşağa deyilmir, ancaq uşaq bunu hiss edə bilər.
Tiklərin digər səbəbləri:
-Ailə münasibəti tiklərin inkişafına səbəb ola bilər.
-Həddindən artıq tənqid və nəzarət olunarsa, baş verə bilər. Bu hallarda daxili iğtişaşlar artır.
-Yüksək gözləntilər də tikə səbəb ola bilər.
-İtkilər və yas da tikə səbəb ola bilər.
-Genetik modelləşdirmə nəticəsində də baş verə bilər.
Tik olan uşağın özünə inam problemi varmı?
Tik uşağın bədəninə zərər vermir. Orqanları zədələyən, pis nəticə verən xəstəlik deyil. Ətraf mühit faktorları tikləri olan uşağa zərər verə bilər. Dostlar bunu ələ sala bilər və ya ağsaqqallar bunu diqqəti cəlb etmək üçün etdiyini söyləyə bilər. Bunlar ona psixoloji zərər verə bilər.
Tik necə müalicə olunur?
Ümumiyyətlə, stress və narahatlıq pozğunluqları səbəbiylə meydana gələn tiklər, onlara səbəb olan səbəblər aradan qaldırıldığı təqdirdə azalıb yox ola bilər. Başqa bir müalicə üsulu isə yalnız bir mütəxəssisdən psixoloji dəstək ola bilər.
Obsessiya necə müalicə olunur?
Obsessiyanın müalicəsində, ilk növbədə, ailəni məlumatlandırmaq və uşağa münasibətini müəyyən etmək lazımdır. Müalicədə ailə, həkim və məktəb mütəxəssislərinin birgə işləməsi lazımdır. Tibbi müalicə də tələb oluna bilər. Müşayiət edən xəstəliklər varsa, onları da müalicə etmək olar. Dərman və psixoloji müalicə də sınaqdan keçirilə biləcək digər üsullar sırasındadır.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
