Açıq rəngli mebel seçin
Kiçik mətbəxiniz varsa, tünd rənglərdən uzaq durmalısınız. Açıq rəngli mebellər onu daha geniş göstərəcək. Mətbəxinizə fərqli görünüş qata bilərsiniz, məsələn, ağ və ya krem rəng tonlarından istifadə etməklə.
Yaxşı işıqlandırma
Ətrafı daha böyük göstərən başqa bir element işıqdır. İşıqlı parlaq sahələr ətraf mühiti genişləndirir. Mətbəxinizə günəş işığı düşmürsə, işıqlandırma ilə onu daha böyük göstərə bilərsiniz. Üst işıqdan başqa, piştaxtanın içərisində və ya altındakı işıqlandırma ətrafı daha geniş göstərəcək.

Parlaq əşyalar
Mat olanlar yerinə parlaq əşyalar və mebel seçə bilərsiniz. Seçdiyiniz parlaq mebel ətrafı əks etdirəcək və daha böyük göstərəcək.

Dəzgahları boş saxlayın
Əlavə əşyalar qarışıqlıq yaradacaq. Bu, ətrafın daralmasına səbəb olacaq. Kiçik bir mətbəxiniz varsa, yerinizin daha geniş olması üçün dəzgahları mümkün qədər boş saxlayın. Əlavə saxlama dolabları yarada və orada əşyalarınızı saxlaya bilərsiniz.
Güzgüdən istifadə edə bilərsiniz
Güzgüləri sevirsinizsə, güzgülər mətbəxinizi mütləq genişləndirəcək. Dəzgahınızın döşəməsində daha tünd rəngli güzgülər seçərək ətrafı daha böyük göstərə bilərsiniz.
Dolab qapılarını dəyişdirin
Dolab qapılarınızın bir hissəsini şüşə kabinet qapıları ilə əvəz edərək genişlik yarada bilərsiniz.
Parket seçimlərinizi nəzərdən keçirin
Parket döşəmənizi açıq rənglərdə və ya torpaq tonlarında seçə bilərsiniz. Diaqonal olaraq düzülmüş parket döşəmə ətrafda genişlik yaradır, məkanı geniş göstərir.
Qatlanan mebel seçin
Məkanınız dardırsa, masa və stul əlavə edərək onu daraltmayın. Bunun əvəzinə qatlana bilən stol ala və istədiyiniz zaman istifadə edə bilərsiniz, beləliklə yerə qənaət edə bilərsiniz.
Ağ əşyaları dolablara qoyun
Soba, soyuducu, mikrodalğalı soba kimi ağ əşyalarınızı ətraf mühitdə saxlamaq artıq əşyalar kimi görünə bilər. Bu səbəbdən ağ əşyalar üçün dolablarda yer ayırıb həmin ərazilərə yerləşdirə bilərsiniz.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
