Mətbəx evlərdə ən çox istifadə edilən, dərin söhbətlərin edildiyi və ləzzətli yeməklərin hazırlandığı yerdir. Ancaq bəzi binalarda mətbəx üçün çox kiçik sahələr ayrılır və bu ərazilərdən düzgün istifadə etmək demək olar ki, mümkün deyil. Kiçik mətbəxlərdən əziyyət çəkən və mürəkkəblikdən yorulanların ilk seçimi mətbəxi minimalist bir quruluşa çevirməkdir. Minimalist mətbəxdə daha az əşya və təzə rənglərdən istifadə edilməlidir. Bu, mətbəxi olduğundan daha böyük göstərir, əşyalarla dolmasının və tıxac yaratmasının qarşısını alır. Mümkün qədər çox yer təmizlənir.

Minimalist mətbəxi necə bəzəmək olar?
Mürəkkəbliyi sevməyən insanların seçə biləcəyi minimalist mətbəx bəzək təklifləri:
Müasir dizaynı mətbəxinizə daxil etmək istəyirsinizsə, qara, ağ, bej və boz rəngləri birləşdirə bilərsiniz. Minimalist mətbəx üçün seçdiyiniz mətbəx dolabının modeli çox sadə olmalıdır. Bu tip mətbəxlərdə tez-tez tək rəngli və ya həndəsi naxışlı keramikalara üstünlük verilir. Bundan əlavə, qara və ağ kimi ziddiyyətli rənglərdən ibarət zolaqlı naxışlı divar kağızlarına da üstünlük verilə bilər. İşıqlandırma məhsullarında kəsilmiş həndəsi naxışları seçə bilərsiniz. Rəng baxımından qara metal, qızılı metal və gümüş son illərin trendləri arasındadır. Kran altlığı və elektrik qovşaqları işıqlandırma məhsulunun rəngi ilə birbaşa mütənasib olmalıdır. Beləliklə, mətbəxiniz bütövlükdə qəşəng bir görünüşə sahib olacaq. Mətbəx aksesuarları üçün çox sadə dizaynlı məhsullar seçə və metallar daxil edə bilərsiniz. Döşəmədə açıq rəngli parket və ya həndəsi dizaynlı keramika istifadə edilə bilər. Döşəmə sadə dizayna malikdirsə, müasir və ya tək rəngli mətbəx xalçalarından istifadə edə bilərsiniz. Gözləri yoracaq və ya qarışıqlıq yaradan hər hansı əşyalardan istifadə etməməlisiniz. Divarı, işıqlandırmanı və döşəməni eyni zamanda həndəsi fiqurlardan seçsəniz, bu, gözlərinizi yora bilər. Minimalist mətbəxin ən mühüm xüsusiyyəti rəng seçimidir. Neytral və ya açıq rənglərə üstünlük verilməlidir. Siz əsas rəng seçə və onunla ziddiyyət təşkil edə biləcək rəngləri müxtəlif məhsullarda istifadə edə bilərsiniz. Mətbəx dəzgahındakı məhsulları azaltmalı və mətbəx qablarını bir yerə yığmalısınız.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
