Bu gün:

Mətbəxdə yeni işə başlayanların bilməli olduqları


Həyatın müxtəlif sahələrindən öyrəndiyimiz hər bir məlumat gündəlik həyatımızda mütləq qarşımıza çıxır. Bilənlərin bilməyənlərə mütləq deməli olduğu tövsiyələr:

Butulkaları asanlıqla təmizləmək üçün 1 qaşıq düyü və az miqdarda maye yuyucu vasitə əlavə edib silkələyin. Sonra təmiz su ilə yaxalaya bilərsiniz ki, təmiz olsun. 

Paslanmış bıçaqları yarım soğanın üzərinə şəkər tozu tökərək asanlıqla təmizləyə bilərsiniz. 

Dilimlənmiş almaların tez xarab olmasının qarşısını almaq üçün bir qaba 1 stəkan su və iki qaşıq bal tökün. Almaları bu qabda saxlamaqla xarab olmasının qarşısını ala bilərsiniz. 

Desertləri, dondurmaları və tortları şokoladla bəzəmək üçün şokoladlarınızı donmuş halda sürtkəcdən keçirə bilərsiniz.

Yumurtanı daha uzun müddət təzə saxlamaq üçün üzərinə günəbaxan yağı çəkə bilərsiniz. Limonu daha asan sıxmaq üçün onu 5 dəqiqə isti suda saxlamaq kifayətdir. Eyni üsulu portağal üçün sınaya bilərsiniz. Un kimi quru inqrediyentlərə həşəratların darışmasının qarşısını almaq üçün saxlama qabına bir neçə dəfnə yarpağı qoya bilərsiniz.

Mis qabları cilalamaq üçün təmiz parçanı turşu şirəsinə batırıb mis qabların kənarını sürtmək olar.

Küftələri daha yaxşı bişirmək üçün barmağınızı ortasına sıxaraq bir az boşluq yarada bilərsiniz. 

Qaynayan qazanın daşmasının qarşısını almaq üçün taxta qaşığı qazanın üzərinə tərs qoyun.

Qab süngərindəki yemək və yağ ləkələrindən xilas olmaq üçün süngəri duzlu suda isladın. 

Soğanın üzərinə limonu sıxıb sonra doğrasanız, gözlərinizin yanmasının qarşısını ala bilərsiniz. Soğan doğrayarkən saqqız çeynəmək də son dərəcə təsirli bir həllidir. 

Kərə yağının tez bir zamanda otaq istiliyinə gəlməsi üçün üzərinə stəkanla örtüb, bu vəziyyətdə saxlaya bilərsiniz. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et