Bu gün:

Bulyon sağlamlığa necə təsir edir?


Hər mətbəxdə rast gəlinən və yeməkləri daha sağlam etdiyi düşünülən bulyonlar, əslində, olduqca zərərli maddələrdən ibarətdir.

Kiçik bir kubun köməyi ilə şorba və ya düyüyə dad vermək çox asandır. O nə qədər dadlı olsa da, sağlamlıq üçün təhlükədir. 

Bulyonda nə var?

Mağazada satılan bulyonları ləzzətləndirmək üçün glutamatdan istifadə olunur. Monosodium glutamat "Çin Restoranı Sindromu" kimi tanınan bir vəziyyətə səbəb ola bilər. Davamlı bulyondan istifadə edən insanlarda baş ağrısı, təzyiq və boyun sərtliyi kimi problemlər yaranır.

Çin restoranı sindromu nədir?

Çin mətbəxində tez-tez istifadə edildiyi üçün Çin duzu kimi tanınan monosodium glutamat yeməklərə ləzzət qatır. Lakin iş yalnız bununla bitmir. Yeməyi daha ləzzətli qəbul etmənizə səbəb olan bu dad həm də asılılıq mexanizmi yaradır. Beləliklə, bu yeməkdən daha çox yemək istəyirsiniz. Bu hal yemək satanlar üçün çox müsbət bir inkişaf olsa da, sizin üçün piylənməyə doğru ilk addım ola bilər. Beşinci dad kimi tanınan "umami", əslində, natrium qlutamatdan başqa bir şey deyil. Bəs bu umamini qeyri-sağlam edir? Əslində, yox. Hər şeydə olduğu kimi, doza dərmanla zəhər arasında fərq yaradır. Qlutamat təbii olaraq bir çox tərəvəz və meyvələrdə olur və aşağı dozalarda zərərsizdir. O müxtəlif maddələrlə birləşdirildikdə fərqli təsirlər yarana bilər. Ən pisi isə ən vitaminsiz qidalara yüksək miqdarda qlutamat əlavə edib dünyanın ən ləzzətli qidasına çevirmək mümkündür.

Belə olan halda nə etmək lazımdır?

Hər şorba üçün çoxlu müxtəlif tərəvəzləri qaynatmaq və ya hər yeməyə ət əlavə etmək lazım deyil. Siz evdə asanlıqla daha zəngin bir ləzzət kubu hazırlaya bilərsiniz, onun ləzzəti tərkibindəki qidalandırıcıdır. Qaynadılmış ət, toyuq, tərəvəz və sümükləri ədviyyatlarla qatılaşdırıb dondurmaqla həm dadlı, həm də sağlam yeməklər əldə edə bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş
Şərh əlavə et