Bu gün:

Ölkələrdəki müxtəlif qəhvə mədəniyyəti


Bütün dünyada içilən qəhvə müxtəlif üsullarla hazırlanır. Dünyanı birləşdirən bu içki həm isti, həm də soyuq çeşidləri ilə süfrələrdə öz yerini tapır. Həmçinin bəzi ölkələrdə spirtli içkilərlə, bəzi ölkələrdə isə daha fərqli formada verilir. Bəs, dünyada qəhvə mədəniyyəti necədir? Başqa ölkələrə gedirsinizsə, mütləq sınamalı olduğunuz qəhvə növlərini sizin üçün topladıq. Dünyadakı qəhvə mədəniyyəti belədir:

Fransada qəhvə mədəniyyəti

Fransızlar oturub söhbət edərkən qəhvələrini içməyi sevirlər. Acı qəhvələr daha çox Fransada içilir. "Un cafe" kiçik fincanda verilən acı qəhvəni, "un cafe serre" isə acı espressonu təsvir edir. Fransada səhər yeməyində latte və mocha kimi südlü qəhvələr içilir. Axşamlar südlü qəhvə tapmaq çətindir. Fransız səhər yeməyi əsasən kruasan və filtrli qəhvə ilə verilir. Fransızlar yay aylarında soyuq qəhvə növlərindən istifadə edirlər. 

 İtaliyada qəhvə mədəniyyəti

İtalyan səhər yeməyi kapuçino ilə hazırlanır. Səhər saat 11-dən sonra kapuçino tapa bilməyəcəksiniz. Qəhvənin qiyməti həmişə birinci ödənilir. Ödəniş qəhvə içməzdən əvvəl edilməlidir. İtaliyada qəhvə içilən yerlərə bar deyilir. İtaliyada dadını yüngülləşdirmək üçün espressonun yanında limon qabığı və ya bir dilim limon verilir. Buna "espresso romano" deyilir. İtaliyada qəhvələr take away konseptindədir. Beləliklə, siz qəhvə alırsınız, ödəyin və gedin. Qəhvənizi oturduğunuz yerdən sifariş etmək istəyirsinizsə, əlavə xidmət haqqı ödəyirsiniz. İtaliyada südlü qəhvə sifariş etmək üçün cafe latte demək lazımdır. Yalnız latte sifariş etsəniz, isti süd sifariş etmiş olursunuz.

Almaniyada qəhvə mədəniyyəti

Alman qəhvə mədəniyyəti bazar günləri günorta saatlarında olur. Bu vaxta “qəhvə-tort vaxtı” da deyirlər. İnsanlar bir araya gəlir və qəhvədə, tortdan həzz alırlar. Almaniyada xüsusilə yay aylarında "eiskaffee" adlı buzlu qəhvə növünə üstünlük verilir.

Vyetnamda qəhvə mədəniyyəti

Qəhvə sənayesində dünyada ikinci ölkə olan Vyetnam, qəhvə dənələrinin ən çox istehsal edildiyi yerdir. Vyetnamda qəhvə, ümumiyyətlə, səhərlər içilir və "ca phe trung" kimi tanınır. Bu qəhvədə yumurta da istifadə olunur. Yumurta köpüklənənə qədər çırpıldıqdan sonra süzülmüş qəhvə və süd əlavə edilir. Dadı krem karamelə bənzəyir. Vyetnama xas olan qəhvə növlərindən biri də “ca phe sua da”, yəni buzlu südlü qəhvədir. Vyetnam qəhvə dənələri fransız qəhvə filtri ilə dəmlənir. Qatılaşdırılmış süd əlavə edildikdən sonra buz əlavə edilir.

İspaniyada qəhvə mədəniyyəti

İspaniyada qəhvə hazırlamağın səkkiz yolu var. Bu adlar qəhvə və süd nisbətindən asılı olaraq dəyişir. Solo qəhvənin ən məşhur olduğu və tərkibində süd olmadığı bir növdür. Nube-nin qəhvə tərkibi ən aşağı səviyyədədir. Çox süd istifadə olunur. Qəhvə sıxlığı aşağıdakı kimi ən yüksəkdən aşağıya doğru sıralanır; Solo, largo, semi largo, solo corto, mitad, entre corto, corto, sombro və nube. Qəhvə və süd miqdarının bərabər olmasını istəyirsinizsə, cafe con leche, şəkərli qəhvə istəyirsinizsə, cafe bonbon dada bilərsiniz.


Kubada qəhvə mədəniyyəti

Kubalılar kofelərini məhəllələrdəki kiçik kafelərdə içirlər. Kubada qəhvə içərkən oturub söhbət etmək də məşhurdur. Espressoya çoxlu şəkər qatılan Cafe Cubano ən məşhur qəhvə növlərindən biridir.

Mərakeşdə qəhvə mədəniyyəti

Mərakeşdə hazırlanmış qəhvənin tərkibində çoxlu ədviyyatlar var. Mərakeşin ən məşhur qəhvə növlərindən biri olan "Cafe des epices" zəncəfil, darçın, hil, mixək və qara bibərlə hazırlanır. Dadı acı olduğu deyilən bu qəhvə Mərakeşə xas acı qarışıqdan hazırlanır.

Avstriyada qəhvə mədəniyyəti

Avstriyanın paytaxtı Vyana qəhvə baxımından seçilməyi bacarıb. Vyananın bir çox yerində qəhvəxanalar var və bu evlərdə caz musiqisinin səslərini eşidə bilərsiniz. Vyanada insanlar acı qəhvələrə üstünlük verirlər. Tərkibində yumurta ağı və spirt olan qəhvə növləri də geniş istifadə olunur. Qəhvəni şirin kreplər, strudel və sacher torte kimi desertlər müşayiət edir. 

Efiopiyada qəhvə mədəniyyəti

Arabica paxlası istehsal edən və bu baxımdan özünəməxsus dad təqdim edən Efiopiya həm də qəhvənin yarandığı ölkə kimi tanınır. Efiopiyada istifadə edilən qəhvə dənələri toz halına gətirilir və sonra türk qəhvəsi kimi hazırlanaraq təqdim edilir. Bir gil qabda birbaşa odda bişirilən “buna” qəhvəsi Efiopiyanın acı qəhvə növlərindən biridir.

Türkiyədə qəhvə mədəniyyəti

Qəhvədən söz düşmüşkən, Türkiyəni bura daxil etməmək düzgün olmazdı. Türkiyədə qəhvə dənələri yetişdirilməsə də, türk qəhvəsinin bişirilmə üsulu digər qəhvələrdən fərqlidir. Türk qəhvəsi ocaqda, qumda və ya közdə müxtəlif texnikalarla bişirilə bilər. Türk qəhvəsi adətən qəhvə və sudan ibarət olsa da, istəyə görə süd və ya buz əlavə edilə bilər. Qız istəmək kimi mərasimlərdə də özünə yer tapan türk qəhvəsi adətən lokum və ya şokoladlı, içməli su ilə də verilir. Türk qəhvəsini müxtəlif üsullarla bişirərək "mırra" adlı sərt qəhvə hazırlamaq olar. Türkiyədə qəhvə dostlarla və ya qohumlarla oturub söhbət edərək içilir. Hazır qəhvə tərsinə çevrildikdə taleyini söyləmək, fala baxmaq da çox məşhurdur.

Mənbə: Lezzet

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et