Bu gün:

Corabla yatmaq sizin haqqınızda nə deyir?


Dünyada iki cür insan var: corabla yatağa gedənlər və ayaqyalın yatmağa üstünlük verənlər.

Bəzi insanların fikrincə, ayaqyalın yatmaq mümkün deyil. Bəzi insanlar üşüyür. Sevimli corablarını geyinmək üçün gecənin bir yarısı yataqdan durur. Bəziləri üçün bunun əksi olur. Onlar üçün yataqda corab geyinmək çox narahatdır. Belə olan halda havasız, həddindən artıq istilik, narahatlıq hiss edirlər. Hər halda bunun qazanılmış vərdiş olduğunu düşünə bilərsiniz. Ancaq burada bəzi fərqli detallar var.

Corab geyinən insanlarƏgər yatarkən corab geyinirsinizsə, çox güman ki, soyuğa qarşı çox həssassınız. Bu vəziyyət fiziki quruluşunuzun bir çox müxtəlif aspektləri ilə əlaqəli ola bilər. Dərinizin qalınlığından bədəninizin metabolik sürətinə qədər. Sürətli metabolizmə malik insanlar daim istilik və tər hiss edirlər, maddələr mübadiləsi yavaş və qan dövranı zəif olan insanlar isə digərlərindən daha çox soyuq hiss edirlər. Soyuğa qarşı həssaslıq fiziki və bioloji xüsusiyyətlərinizlə əlaqəli olsa da, həm də məkan və temperatur qavrayışınızla əlaqədardır. Çox oxşar fiziki xüsusiyyətlərə malik iki insan kənardan gələn istiliyi çox fərqli şəkildə qəbul edə bilir.

Ayağında corabla yatmağa ehtiyacı olan insanlar, ümumiyyətlə, sığınacaq  axtarırlar. Əgər siz də bu insanlardansınızsa, çox güman ki, isti yerləri sevirsiniz. Emosiyalarınızı toxunmaqla ifadə edirsiniz və şəxsi məkanınızı bölüşməkdən çəkinmirsiniz - qucaqlaşmaq sizi xoşbəxt edir.

Ayaqyalın yatan insanlar

Əgər siz corab geyinib yatmaq fikrinə dözə bilmirsinizsə və gecələr ayaqlarınızı bir şeyə sarımaq fikrindən belə narahat olursunuzsa, ya maddələr mübadiləsiniz sürətlənir, qan dövranınız güclüdür, ya da dəriniz qalındır. İstiliyi saxlamaq və istehsal etmək üçün bioloji meyliniz var. Buna görə də ayaqlarınızı örtməyə ehtiyac duymursunuz. Ancaq bu təkcə fiziki vəziyyət deyil. Soyuğa qarşı həssas olmağın da insanlarla ünsiyyətinizə təsiri var. Ayaqyalın yatırsınızsa, çox güman ki, olduqca müstəqil bir insansınız. Siz şəxsi məkanınızı yüksək qiymətləndirirsiniz. İnsanlarla yalnız ünsiyyət qurmaq istədiyiniz zaman təmasda olursunuz. Münasibətlərdə siz qoruyucu rol almağa meyllisiniz. Dürüst və səmimisiniz. Ancaq sizin üçün əziz olan insanlara necə qayğı göstərəcəyinizi bilirsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş