Bu gün:

Soyuducuda yaranan pis qoxunu necə aradan qaldıraq?


Qidaların təzə qalmasını və uzun müddət saxlanılmasını təmin edən soyuducu, məişət əşyalarından biridir. Bəzən açıq qalan qablar, kəskin qoxusu olan qidalar və ya elektrik enerjisinin kəsilməsi soyuducuda pis iyin yaranmasına səbəb ola bilər. Bu qoxu aradan qaldırılmasa, soyuducuda olan yeməklərə təsir edəcək. Belə olduqda, yeməyin xarab olması an məsələsidir. Səbəbi nə olursa olsun, soyuducudakı, pis qoxunu aradan qaldırmaq üçün çox praktik həllər var. Soyuducunu yaxşıca təmizləməyinizə baxmayaraq, pis qoxulardan xilas ola bilmirsinizsə, bu üsulları tətbiq edə bilərsiniz:

Alma sirkəsi

Alma sirkəsi ən çox istifadə edilən təmizləyici maddələrdən biridir. Antiseptik xüsusiyyətə malik alma sirkəsini təmiz su ilə qarışdırıb soyuducuya qoyun. Qısa müddətdə qoxunun getdiyini hiss edəcəksiniz.

Süd

Süd kimyəvi quruluşu ilə pis qoxuları özünə çəkir. Kiçik bir stəkana süd tökün və soyuducuya qoyun. Bu şəkildə qoxudan xilas ola bilərsiniz. 

Soda 

Bir qaba soda tökün və soyuducuya qoyun. Qoxu gedənə qədər sodanın orada saxlayın. Sodanı gündəlik istifadə üçün soyuducuda da saxlaya bilərsiniz.

Qəhvə

Bu dəfə pis qoxulardan qurtulmaq üçün insanları öz qoxusuna aludə edən qəhvədən istifadə edin. Bir fincan qəhvəyə qəhvə və bir çay qaşığı düyü əlavə edin. Bu qabı bir gecə soyuducuda saxlayın. Ertəsi gün qoxudan əsər-əlamət qalmayacaq.

Dəmlənmiş çay

Çayınızı dəmləyib ləzzətlə içdiniz. Çaydanda qalan çayı atmaq əvəzinə, bir qaba doldurun. Üzərinə bir dilim limon qoyun və soyuducuda saxlayın. Pis qoxulardan qurtulmaq bu qədər asandır.

Vanil

Tortlarda və desertlərdə istifadə edilən vanilin gözəl aromatik qoxusu var. Soyuducuda olan pis qoxulardan xilas olmaq üçün pambığın üzərinə vanil  töküb soyuducunun bir küncünə qoyun. İstəyirsinizsə, pambığı bir stəkan suya da qoya bilərsiniz. Bir gecədə soyuducunu pis qoxudan geri qaytara bilərsiniz.

Kofe toxumları

Qəhvə içənləri sevindirəcək başqa bir üsulumuz var. Qəhvə dənələrini soyuducuda bir qaba qoyun. Əminik ki, soyuducuda yayılan qəhvə ətirini sevəcəksiniz.

Qəzet

Bu məlumatdan çox təəccüblənəcəyinizi bilirik. Verdiyimiz üsullardan birini seçdikdən sonra bir kağız qəzetini əzib dolaba qoyun. Qəzet kağızının qoxu udma xüsusiyyəti sayəsində qoxulardan xilas ola bilərsiniz.

Yulaf əzməsi 

Pəhriz dedikdə ağıla ilk gələn qidalardan biri olan yulaf həm də pis qoxulardan xilas olmağımıza kömək edir. Soyuducuya bir qab yulaf əzməsi qoyun. Qısa müddətdə qoxunu çəkdiyini hiss edəcəksiniz. 

Kömür

Bu üsulu tətbiq etmək üçün dolab quru və boş olmalıdır. Kömürləri soyuducuda bir konteynerə və ya çantaya qoyun. Pis qoxu aradan qaldırıldıqdan sonra kömürləri çıxarıb yeməyinizi soyuducuya qoya bilərsiniz.

Limon dilimləri

Odekolon, ətir kimi məhsullarda istifadə edilən limonu üç-dörd hissəyə kəsin və ağzı açıq şəkildə dolabın içinə qoyun. Ancaq bu üsulu seçsəniz, limonları tez-tez yeniləyin.

Mənbə: Lezzet

Tərcümə etdi: Nuran Əhmədzadə 




Paylaş
Şərh əlavə et