Bu gün:

Mətbəxdə işimizə yarayacaq məlumatlar


Mətbəxlə maraqlanan hər kəsin bilməli olduğu əsas məlumatlar var. Bu əsas məlumatları bilmək sizi mətbəxdə olarkən bir addım irəli aparacaq və həm də işinizi asanlaşdıracaq. 

Əsas- bıçaqdan istifadə bacarıqları

Mətbəxlə yaxından maraqlanan birisinizsə, bilməli olduğunuz ən əsas şey bıçaqdan necə istifadə etməkdir. Əsas kəsmə üsullarını öyrənmək həyatınızı asanlaşdıracaq. Yaxşı doğramağa, incə dilimləməyə və müəyyən texnika ilə bıçaqla kəsməyə cəhd edə bilərsiniz. Bıçağı düzgün tutmağı və təhlükəsiz kəsməyi öyrənməlisiniz.

Yumurta bişirmək üsulları

Bu sadə səslənir, lakin mükəmməl axan bir yumurta sarısı bir anda yox ola bilər, buna görə də vaxt əsasdır. Yumurta necə bişirilir, omlet necə hazırlanır, qaynadılmış yumurta necə hazırlanır? Bu məlumatı bilmək sizi mətbəx həyatınızda bir addım irəli aparacaq. Yumurta bişirməyin fəndlərinə diqqət yetirərək yumurta  bişirməkdə mütəxəssis ola bilərsiniz.

Makaron bişirmək üsulları

İtaliyada makaron həmişə "al-dente" verilir, bu da hərfi mənada dişə gələn, dişə batan deməkdir - yumşaq olana qədər qaynadılır, lakin yenə də xırtıldayandır. Bunu etmək üçün bir qazana makaronu örtənədək iki qat su ilə doldurun, ağız dadınıza görə duz əlavə edin və qaynadın. Makaronu ehtiyatla qaynar suya atın və yapışmaması üçün ilk iki dəqiqədə qarışdıraraq 10-12 dəqiqə bişirin. Yadda saxlayın ki, müxtəlif makaron formalarının fərqli bişirmə vaxtları olacaq və təzə yumurtalı makaron quru yumurtalı makarondan çox daha tez bişirilir. 

Bulyonun hazırlanması

Bulyon tərəvəz, ət, toyuq və ya balıq bulyonundan hazırlana bilər. Dad vermək üçün soğan, dəfnə yarpağı, cəfəri kimi tərəvəzləri əlavə edə bilərsiniz. Hazırladığınız bulyon suyunu makaron, düyü və ya şorbalarınızda istifadə edə bilərsiniz.

Düyü bişirmək üsulları

Düzgün hazırlanmağa layiq olan gündəlik əsas qidalardan biri də düyüdür. Düyünün necə bişirilməsini və hansı növ düyünün nə üçün istifadə edildiyini öyrənmək və araşdırmaq yaxşı ola bilər.

Xəmir yoğurmaq bacarıqları

Çörək imtina edilməyəcək qədər ləzzətlidir, amma sobadan götürərkən, isti-isti təzə çörəyin qoxusunu almamısınızsa, çox şey itirmisiniz. Unu su ilə qarışdırmaq və onu yumşaq şəkildə yumruqlamaq, xəmirin elastik olması üçün yoğurma yolu ilə inkişaf etdirilən qlüteni aktivləşdirir. Üzərinə bir az un səpərək düz, təmiz bir səth hazırlayın və qabarmış xəmiri qabınızdan götürün. Yumruqlarınızı istifadə edərək, xəmiri daha kiçik bir top əmələ gələnə qədər formaya salın, sonra yoğurma səthinizə yayın. Yalnız çörəkdə deyil, digər bişmiş məhsullarda da xəmirlə məşğul olmağı öyrənin.

Salatların hazırlanması üsulları

Vinaigrette üç xörək qaşığı yağa bir xörək qaşığı sirkənin əlavə edilməsi ilə yağ və sirkədən hazırlanmış sadə Fransız salatıdır.  Salat sousunun hazırlanmasında ən vacib hiylə sousu yaxşıca qarışdırmaqdır.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 





Paylaş
Şərh əlavə et