Bu gün:

Ən pis qoxuya malik olan meyvə hansıdır?


Durian meyvəsi xarici qabığının pis qoxusuna görə dünyanın ən pis qoxulu meyvəsi kimi tanınır. Uzaq Şərqdə “meyvələrin kralı” adlandırılan bu meyvə bitki elmində durio zibethinus kimi tanınır. Cənub-Şərqi Asiyada yetişdirilən durian meyvəsi bəzi bölgələrdə “cənnət və cəhənnəmin meyvəsi” kimi də tanınır. Bunun səbəbi tikanlı qabığının, pis qoxusunun cəhənnəmə, dadı və faydasının isə cənnətə bənzədilməsidir. 


Ətli və şirəli quruluşa malik durian meyvəsinin qabığı 6 bölməyə bölünür. Qabıqlarda toxum var və ətli yerlərdə yaşıl, sarı və boz rənglər görünür. Durian meyvəsinin toxumları nəfəs almağı çətinləşdirə biləcəyi üçün yeyilmir. Durian ağacının hündürlüyü 40 metrdən çox ola bilər. Xüsusilə yağışlı bölgələrdə və tropik iqlimlərdə böyüyür. Ağac 5 yaşında meyvə verməyə başlayır. Durian meyvəsi, qabığı da daxil olmaqla, 2-3 kiloqram ağırlığında ola bilər. İndoneziya, Tayland, Malayziya kimi ölkələrdə yetişdirilən bu meyvə bütöv satıla bilər, yaxud tikə-tikə doğranılmış halda. 

Durian meyvəsinin qida dəyərləri

Durian digər meyvələrlə müqayisədə qida maddələri çox yüksəkdir. 1 stəkan durian meyvəsi (243 qram) ehtiva edir:

Kalori: 357 kkal

Yağ: 13 qram

Çəkisi: 9 qram

Protein: 4 qram

Karbohidratlar: 66 qram

Vitamin C: Gündəlik ehtiyacın 80%-ni təşkil edir;

Vitamin B6: Gündəlik ehtiyacın 38%-ni təşkil edir;

Manqan: gündəlik ehtiyacın 39%-ni təşkil edir;

Kalium: gündəlik ehtiyacın 30%-i;

Riboflavin: gündəlik ehtiyacın 29%-i;

Maqnezium: gündəlik ehtiyacın 18%-ni təşkil edir;

Folat: gündəlik ehtiyacın 22%-ni təşkil edir;

Niasin: gündəlik ehtiyacın 13%-ni təşkil edir;

Mis: gündəlik ehtiyacın 25%-i. 

Bu qida profili durianı dünyada ən qidalı meyvələrdən birinə çevirir. O, həmçinin antosiyaninlər, karotenoidlər, polifenollar və flavonoidlər də daxil olmaqla sağlam bitki birləşmələri ilə zəngindir. Bunların bir çoxu antioksidant kimi fəaliyyət göstərir.

Durian meyvəsinin faydaları nələrdir?

Healthline sağlamlıq saytı xəbər verir ki, durian bitkisinin bütün hissələri ənənəvi Malayziya təbabətində müxtəlif xəstəliklərin, o cümlədən yüksək hərarət, sarılıq və dəri xəstəliklərinin müalicəsində istifadə olunub. Tədqiqatlara görə, durian meyvəsindəki antioksidanlar xərçəngə səbəb olan sərbəst radikalları zərərsizləşdirə bilər. Bir sınaq araşdırmasında durian ekstraktı bir növ döş xərçəngi hüceyrəsinin yayılmasının qarşısını aldı. Duriandakı müxtəlif birləşmələr xolesterol səviyyəsini və ateroskleroz riskini və ya damarlarınızın sərtləşməsini azaltmağa kömək edə bilər, ürək xəstəliyi riskini azaldır. Durianın tərkibində antibakterial və anti-maya xassələri olan birləşmələr var. Durian bir çox digər tropik meyvələrdən daha aşağı glisemik indeksə (GI) malikdir, yəni qan şəkərinin səviyyəsini yüksəltmək ehtimalı daha az ola bilər. 


Durian necə istifadə olunur?

Durian meyvəsi həm şirin, həm də duzlu yeməklərdə istifadə olunur. Xüsusilə, ətli hissəsi yeyilir. Onun dadı pendir, badam və karamelə bənzəyir. Durian meyvəsi çiy yeyiləcəksə, soyuq halda yeyilməsi tövsiyə olunur. Bundan əlavə, qaynadılıb meyvə şirəsi, şorba, dondurma, şəkərli desertlər, xəmir xörəklərinin və digər yeməklərin hazırlanmasında istifadə edilə bilər. 

Durian meyvəsi Cənubi Asiyadan kənar bölgələrdə nadir hallarda böyüyür. Ona görə də Cənub-Şərqi Asiyadan tədarük edilir. Türkiyədə durian meyvəsinin yetişdirilməsi üçün lazımi şərait yoxdur. Buna görə durian meyvəsini onlayn alış-veriş saytlarından əldə etmək olar. Xaricdən gətirildiyi üçün çatdırılma müddəti uzun ola bilər. 

Durian meyvəsinin qoxusu çox kəskin olduğundan onun yetişdirildiyi rayonlarda qapalı ərazilərə gətirilməsinə icazə verilmir. Xüsusilə, mehmanxana, avtobus və metro kimi ərazilərdə daşımaq qadağandır. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et