Bu gün:

Bulyonlar sağlamlıq üçün zərərləri nələrdir?


Hər mətbəxdə rast gəlinən və yeməkləri daha sağlam etdiyi düşünülən bulyonlar, əslində, olduqca zərərli maddələr ehtiva edir.

Kiçik bir kubun köməyi ilə şorba və ya düyüyə dad vermək çox asan və gözəl olsa da, bir çox sağlam qidalara və ləzzətlərə bu qədər səylə çatmaq mümkün deyil. Bu məqsədlə bir çox yeməklərdə istifadə edilən və hər evdə rast gəlinən bulyonlar gözəl dadın əksinə olaraq zərərli ola bilər.

Mağazada satın alınan bulyonlarda ləzzət vermək üçün bir dadlandırıcı olan glutamat var və monosodium glutamat  kimi tanınan bir vəziyyətə səbəb ola bilər. Baş ağrısı və boyun sərtliyi kimi ortaya çıxa bilən bu vəziyyət, xüsusilə, davamlı bulyon istifadə edən insanlar üçün əsl təhlükəyə çevrilə bilər.

Hər şorba üçün çoxlu müxtəlif tərəvəzləri qaynatmaq və ya hər yeməyə ət əlavə etmək lazım deyil. Siz evdə asanlıqla daha zəngin bir ləzzət kubu hazırlaya bilərsiniz, onun ləzzəti tərkibindəki qidalandırıcıdır. Qaynadılmış ət, toyuq, tərəvəz və sümükləri ədviyyatlarla qatılaşdırıb dondurmaqla həm dadlı, həm də sağlam yeməklər əldə edə bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et