Bu gün:

Payız xəstəliklərindən qorunmaq üçün bəzi məsləhətlər


Dietoloq Duyğu Özbay bədənin qışa hazırlaşmaq üçün keçdiyi transformasiya prosesinə çox vaxt hazırlıqsız olduğunu, xəstəliklərə qarşı müdafiəsiz qaldığını söyləyib və payız xəstəlikləri qapımızı döyməmişdən əvvəl immunitet sistemimizi gücləndirmək üçün bəzi qidalanma məsləhətləri verib. 

Demək olar ki, yay başa çatır və günəş üzünü bizə daha az göstərməyə başlayır. Ancaq gün ərzində ani temperatur dəyişiklikləri buna hazır olmayan maddələr mübadiləsimizə mənfi təsir edir və xəstəliklərə tutulma şansımızı artırır.

Sitrus meyvələri: Xüsusilə, soyuqdəymə və qripə qarşı immunitet sistemini gücləndirmək ən əsas qayda hesab olunur. Bu səbəblə təbii dəstəkləyici qidalardan faydalanmaq vacibdir. C vitamini ilə zəngin qidaların qəbulu həm də antioksidantlarla zəngin olduğundan zəhərli maddələrin bədəndən çıxarılmasına kömək edir. Sitrus məhsulları ilə yanaşı, bibər növləri, kivi, brokoli və cəfəri də C vitamini ilə zəngindir.

Bitki çayları: İtburnu, cökə və adaçayı kimi bitki çaylarını ölçülü şəkildə istifadə etmək, tərkibindəki antioksidantlar sayəsində immunitet sistemini gücləndirir. Bu bitkilər arasında, xüsusilə, adaçayı tərkibindəki uçucu komponentlər sayəsində infeksiyanın qarşısını almaqla yanaşı, qrip və soyuqdəymə nəticəsində yaranan boğaz və ağızda iltihabların da qarşısını alır. Ancaq hamilə qadınlar və xroniki xəstəlikləri olanlar bitki çaylarından istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Brüssel kələmi: Brüssel kələmi yüksək qida dəyəri ilə seçilir. İmmunitet sistemini gücləndirən bu qidanın tərkibində bol miqdarda dəmir və kalium da var. Sümük sağlamlığı üçün lazım olan K vitamini də ehtiva edən Brüssel kələmi Omeqa-3 yağ turşusunun bitki formasını ehtiva edən nadir tərəvəzlər arasındadır.

Mənbə: Haber global 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et