Bu gün:

Bizi xəstə edən hava


Payız gəldi. Mövsümi dəyişikliklər tez-tez bir çox yoluxucu xəstəliklərə səbəb olur. Havaların istiləşməsi ilə əlaqədar mədə-bağırsaq problemləri artdığı halda, havalar soyuduqca virus və bakteriyaların yaratdığı mövsümi qrip daha da artır. Mütəxəssislər hətta psixi sağlamlığımızın mövsümi keçidlərdən daha çox təsirləndiyinə diqqət çəkirlər.

Yay bitdi, indi payızdayıq. Yavaş-yavaş havanın sərinliyini hiss etməyə və yarpaqların yaşıllığının yerini sarı, narıncı, qırmızı kimi payız rənglərinə verdiyini görməyə başladıq. Bu proseslər zamanı günəş işığı, ultrabənövşəyi şüalanma, temperatur, yağış və rütubət kimi təbii amillərdə dəyişikliklər baş verir. Bütün bunlara paralel olaraq ekoloji faktor olan bu keçid dövründə orqanizmimiz yeni mövsümi normalara uyğunlaşmağa çalışır və bütün bunların nəticəsində müxtəlif xəstəliklərə yoluxma hallarında dəyişikliklər baş verir və xəstəliyə yoluxma ehtimalımız artır.

Bəs, mövsüm dəyişikliklərindən kim daha çox təsirlənir? Bu dövrdə sağlamlığımızı qorumaq üçün nə edə bilərik? Özümüzü xəstəliklərdən necə qoruya bilərik? Daxili Xəstəliklər Mütəxəssisi Dr. Gülnar Zeynalova mövsümi keçidlərdə xəstəliklərdən qorunmaq üçün təkliflər verib. Mütəxəssis bildirib ki, mövsümi dəyişikliklər tez-tez cəmiyyətdən qaynaqlanan bir çox yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Dr. Zeynalova deyib: "Temperatur, günəş işığı, yağış, külək və rütubət kimi mövsümi və ekoloji amillərin dəyişməsi birbaşa olaraq yoluxucu xəstəliklərin sayının artması ilə bağlıdır. Məsələn, havaların istiləşməsi ilə əlaqədar mədə-bağırsaq problemləri artarkən, havalar soyuduqca isə virus və bakteriyaların səbəb olduğu mövsümi qrip gözlənilir" ,- deyib.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et