Bu gün:

Çay paketləri sonsuzluq yaradır?


Professor Yalova Universitetinin tibb fakültəsinin dekanı həkim Vefik Arıca paket  çayın kanserogen olduğunu və sonsuzluq üçün təhlükəli olduğunu söyləyib.

Professor Yalova Universitetinin tibb fakültəsinin dekanı həkim Vefik Arıca bəzi çay paketlərində isti su ilə təmasdan sonra epiklorohidrin adlı bir maddənin meydana gəldiyini bildirdi. Professor bu maddənin kanserogen olduğunu və immunitet sistemini aşağı saldığını izah edir. Həkim: “Ən əsası, sonsuzluğa da səbəb olan bir maddədir. Xüsusilə, çay paketlərində isti su ilə təmasdan sonra əmələ gələn epiklorohidrin bədəndə dağılır. Bu, qısa və orta müddətdə bir sıra itkilərə səbəb ola bilər”,- deyə bildirib.

Paket çayının içindəki çayın görünməsi onun plastikdən hazırlandığını sübut edir deyən Arica “ Paket çayın dörddə biri artıq plastikdən hazırlanmışdır, plastik də isti su ilə təmasda olduqda immunitet sistemini aşağı salan və sonsuzluğa səbəb ola bilən epiklorohidrin dediyimiz bir kanserojendir”,-deyə qeyd edib.

Arıca əlavə edib ki, plastikdən hazırlanmış çay paketlərindənsə daha çox çay dəmləməyə üstünlük verilməlidir və əlavə etdi:

“Xüsusilə, ölkəmiz kimi çayla zəngin bölgələrdə çay dəmləməyə üstünlük verməliyik. Çay paketlərinə çox üstünlük verməməliyik. Xüsusilə, piramida şəklində çay paketlərinin plastik olma ehtimalı daha yüksəkdir. Təbii liflərdən və ya banan yarpaqlarından ibarət torbalı paket çay təbii və üzvi olduqda içilə bilər.

Mənbə: Cnntürk

Tərcümə etdi: Aysu Əsədova


 


 


 



 

Paylaş
Şərh əlavə et