
Ümumiyyətlə, üstünlük verilən quru xurma ilə yanaşı, qurudulmuş əncirlə də şirin istəyini təmin etmək olar. Təzə əncirin tərkibində quru əncirdən daha çox vitamin və mineral var. Ancaq təzə əncir qədər quru əncirin də faydaları var.
Pəhriz lifi ilə zəngin olan qurudulmuş əncir; Tərkibində kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar var.
Quru əncir qəbizliyin müalicəsində təzə əncirdən daha təsirli ola bilər. Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksəkdir. Bu səbəblə daha orta dərəcədə qəbul edilməlidir.
Tərkibində şəkərin yüksək olduğu və qanda şəkərin qəfil artmasına səbəb olduğu üçün xüsusən də şəkər xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları, qəbul edildiyi təqdirdə 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir.
Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar. 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.
Meyvə qəbulunda müxtəlifliyi təmin etmək vacibdir. Gündə orta hesabla 3 porsiya meyvə yemək tövsiyələr arasındadır. Gündə 2 ədəd qurudulmuş və ya təzə əncir qəlyanaltı və ya səhər yeməyi olaraq asanlıqla yeyilə bilər.
Bütün quru meyvələr kimi əncirin qurusu da az su ehtiva edir. Qurudulmuş meyvələr tərkibindəki yüksək kalium sayəsində təzyiqi tarazlaşdıraraq qan təzyiqini nəzarət altında saxlamağa kömək edir. Xüsusilə böyrək çatışmazlığı olan xəstələr əncir yeyərkən porsiyaya diqqət yetirməlidirlər.
Əncirin tərkibində yüksək miqdarda lif var. Bu yolla suyu bağırsağa çəkir, tullantıların bağırsaqdan sürətlə keçməsini təmin edir. Bundan əlavə, tərkibindəki probiyotiklər həzm sistemini yaxşılaşdırır. Bu çərçivədə əncir qəbizliyin qarşısını almaqda təsirlidir.
Mənbə: NTV
Tərcümə etdi: Lamiyə Cənnətzadə
