
Qəhvə bir çox çeşidləri və fərqli dadlara uyğun variantları ilə həyatımızın bir parçasıdır. Ən çox içilən içkilər arasındadır. İnsanların çoxu günə qəhvə içmədən başlaya bilməz. Bir fincan isti qəhvə yorğunluğun ən yaxşı dostudur.
Hər şeydə olduğu kimi, qəhvənin həddindən artıq içilməsinin də zərərləri var. Qəhvənin həddindən artıq qəbulu ürək ritmini pozaraq ürək sağlamlığını təhlükə altına alır. Qan təzyiqinə də mənfi təsir göstərir, qanda təzyiq yüksəlir və təzyiq səviyyəsi qalxır. Mədəyə də zərərlidir. Xüsusilə mədə həssaslığı olan insanlar qəhvəni çox nəzarətli şəkildə içməlidir.
Qəhvə mədədə turşu səviyyəsini artıraraq mədə pozğunluqlarını stimullaşdırır. Bəzi mütəxəssislərin fikrincə, qəhvə orqanizmdə su itkisinə səbəb olur. Ancaq sübut edilmiş nəticə deyil. Amma qəhvənin tərkibindəki kofein orqanizmin vitamin və mineralları mənimsəməsinə mane olur və sidik vasitəsilə kalsiumu bədəndən çıxarır. Bu, vaxtından əvvəl osteoporoza səbəb ola bilər. Hamilə qadınlarda körpəyə də mənfi təsir göstərir. Bunun xaricində baş ağrısına faydalı olan qəhvənin miqrenlərə mənfi təsir etdiyi deyilir.
Mənbə: Milliyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
