Bu gün:

Hansı vitamin nə üçün faydalıdır?


Hansı vitamin nə üçün lazımdır və onun çatışmazlığı nəyə səbəb ola bilər? Bədənin ehtiyac duyduğu vitaminlərin funksiyalarını sadaladıq.

A vitamini

A vitamini immunitet sistemini gücləndirir. Çatışmazlıq olarkən inkişaf zamanı boy artımı yavaşlaya bilər. Bundan əlavə, quru gözlər, gecə korluğu, quru və qabıqlı dəri meydana gələ bilər.

B1 vitamini

B1 beyin və həzm funksiyası üçün lazımdır. B1 vitamini çatışmazlığı ürək xəstəliyinə, nəfəs darlığına və "beriberi" xəstəliyinə səbəb ola bilər. Depressiv əhval-ruhiyyə, iştahsızlıq və qusma da əlamətlərə daxildir.

B2 vitamini

Vitamin B2 göz sağlamlığı, həmçinin sağlam dəri, saç və dırnaqlar üçün lazımdır. B2 vitamini çatışmazlığı nəticəsində görmə itkisi, bəzi dəri xəstəlikləri, dodaqlarda çatlar əmələ gələ bilər.

B3 vitamini

B3 vitamini xolesterolu azaltmaq üçün lazımdır. Çatışmazlığı pellagra xəstəliyinə səbəb ola bilər.

B5 vitamini

Beyin və sinir sistemi üçün zəruri olan B5 vitamininin çatışmazlığı konsentrasiyanın olmaması, ürəkbulanma qusma, halsızlıq, depressiya, ayaqlarda yanma hissi və kramplara səbəb ola bilər.

B6 vitamini

Vitamin B6 beyin funksiyalarını yerinə yetirmək və hormon istehsal etmək üçün lazımdır. B6 vitamini çatışmazlığı baş versə dodaq, burun və göz ətrafında yağlanma, dildə şişlik əmələ gələ bilər.

B12 vitamini

B12 vitamini qanda oksigeni daşımaq və enerji istehsal etmək üçün lazımdır. Zəiflik, halsızlıq, unutqanlıq, depressiv əhval-ruhiyyə, görmə pozğunluğu, qəbizlik, ishal, qan azlığı, qol və ayaqlarda karıncalanma, dəri solğunluğu, dilin şişməsi və iltihablanma B12 vitamini çatışmazlığının əlamətlərindəndir.

C vitamini

İmmunitet sistemini gücləndirmək üçün vitamin C lazımdır. Kollagen istehsalını təmin edən C vitamini sümükləri, oynaqları və dərini gücləndirir.

D vitamini

Sümüklərin kalsium ehtiyacını ödəyir. Çatışmazlıq depressiyaya, diş xəstəliklərinə və başda tərləməyə səbəb ola bilər.

E vitamini

E vitamini antioksidant təsiri ilə yaraların sağalmasını sürətləndirir. Qanın laxtalanmasının qarşısını almaq üçün E vitamini lazımdır. Çatışmazlıq ateroskleroz, damar tutulması və ödəmə səbəb ola bilər.

K vitamini

K vitamini qanın laxtalanmasını təmin edir. Çatışmazlıq baş versə, qanaxmanın dayandırılması çətinləşə və diş əti qanaması baş verə bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş