
Mövsümi keçidlər və epidemiyalar zamanı xəstəliklərə tutulmamağın yolu güclü immunitet sisteminə sahib olmaqdan keçir.
Prof. Dr. Oğuzhan Karatepe immunitet sistemini gücləndirməyin yollarını sadalayıb:
• Balıq, qoz-fındıq, toxum və zeytun yağını yeməyi məhdudlaşdırmayın.
• Yeməklərinizə taxıl, lobya, nişastalı kök tərəvəzlər, tərəvəz və meyvələr kimi bitki əsaslı qidalar daxil edilməlidir.
• Zülal ehtiyaclarınız üçün hər gün 2 porsiya balıq, yağsız ət və toyuq yeyin.
• Unutmayın ki, tam taxıl, lobya, meyvə və tərəvəzlərdə olan antioksidantlar qoruyucudur.
• Tünd rəngli ərzaqlar zəngin antioksidant qaynağı olduğundan, belə qidaları tez-tez yeyin.
• Unutmayın ki, çəkinizi orta miqdarda qida ilə idarə etmək sağlam qidalanmanın əsas qaydasıdır.
• Hər gün ən azı 5 porsiya mövsümi meyvə və tərəvəz yeyin. (8-10 porsiya tövsiyə olunur.)
• Əgər idman edirsinizsə, yemək vaxtı salatlar və yumurta ağları yeyin. Əzələ kütlənizi qorumaq üçün daha çox balıq və quş ətindən istifadə edin.
• Az bişmiş lobyadan və ya həddindən artıq qaz istehsal edən kələm ailəsindən uzaq durun. Qaz probleminizi azaltmaq üçün həzm fermentlərindən istifadə edin.
• Çox ədviyyatlı qidalar qəbul etməyin.
İmmunitet sistemi sayəsində xərçəng və bir çox ciddi xəstəliklərdən qorunmaq mümkündür. İmmunitet sistemini gücləndirmək üçün bəzi tövsiyələr var:
Güclü immunitet sistemi üçün sağlam qidalanma şərtdir
Sağlam şəraitdə hazırlanmış təbii qidalardan uyğun miqdarda yeyin. O, vücudunuz üçün qoruyucu qalxan effekti yaradacaq.
Çiy meyvə və tərəvəz xəstəliklərdən qoruyur
Unutmayın ki, tərəvəz və meyvələr tərkibindəki təbii vitaminlər və digər antioksidantlar vasitəsilə immunitet sistemini gücləndirməyə kömək edir.
Gün ərzində kifayət qədər protein alın
Heyvan və bitki zülallarını balanslı şəkildə tükədin.
Probiyotiklərin qoruyucu təsirindən faydalanın
Unutmayın ki, qatıq və kefir kimi qidalar mədə-bağırsağın sağlam fəaliyyətində mühüm rol oynayır.
Su həyat mənbəyidir
Su tərkibindəki duz və minerallar səbəbindən gün ərzində kifayət qədər içilməzsə, immunitet sistemi mənfi təsirlənəcək.
İdeal çəkinizi qoruyun
Sürətli arıqlamaq immunitet sistemini zəiflədir. Şüursuz və sürətli arıqlamağa səbəb olan pəhrizlərdən uzaq durun.
Çayın gücünə laqeyd yanaşmayın
Yaşıl çay için. Çünki tərkibində "kateşin" adlanan çoxlu antioksidant var və çayın tərkibindəki "polifenollar" bir çox xəstəliklərə səbəb ola biləcək oksidləşdirici maddələrlə mübarizə aparmağa kömək edir.
• Hazır içkilər əvəzinə, təzə sıxılmış meyvə və tərəvəz şirəsi için.
• Kifayət qədər yuxu alın.
• Müntəzəm olaraq hərəkət edin.
• Pozitiv olun.
• Siqaret çəkməyə icazə verilən mühitlərdə olmayın.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
