Bu gün:

Almanın inanılmaz faydaları


7500-dən çox alma növü var və ən məşhurları qırmızı və yaşıl almalardır. Yaşıl alma turş, qırmızı alma isə şirindir. Kalorisi az olan bu meyvə pəhriz və arıqlama dövrlərində qəlyanaltı olaraq seçilir. Bundan əlavə, desertlərin əvəzolunmaz maddələrindən biri kimi istifadə edilir.

Alma xərçəngdən qoruyur. Xərçənglə bağlı araşdırmalar onun xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığını və bu nisbətin yüzdə 23-ə qədər olduğunu göstərib. Alma pektin ehtiva edir və yüksək lif tərkibinə malikdir. Bu lif sayəsində metabolik sistem daha yaxşı işləyir və bağırsaqdakı faydalı bakteriyaları aktivləşdirir. Məlumdur ki, alma qəbulu dişlərin təmizlənməsi üçün də faydalıdır. Həmçinin yaddaşı gücləndirir. Araşdırmalarda lifli quruluşu ilə Parkinson xəstəliyinə qarşı qoruyucu funksiyaya malik olduğu ifadə edilmişdir. Tərkibində dəmir olduğu üçün anemiyanın qarşısını alır. Hətta ürək damarlarında yarana biləcək tıxanmaların qarşısını alır.

Almanın faydaları nələrdir? 

Alma tərkibindəki lif sayəsində ilə arıqlamağı dəstəkləyir. Ürək və göz sağlamlığı üçün faydalıdır. İmmuniteti tənzimləyərək həzm sistemini tənzimləyir. Parkinson və alzheimer kimi beyin funksiyalarının yaratdığı xəstəliklərə də fayda verir. Almanın müntəzəm istifadəsi bağırsaq sisteminin düzgün işləməsinə və nizamlı olmasına kömək edir. İBS, qəbizlik və ishal kimi bağırsaq problemlərinə qarşı faydalar təmin edir. Bu asan həzm olunan meyvə ilə insanlar həm vitamin, həm də lif baxımından toxluq hissi qazanırlar.

Qırmızı almanın faydaları nələrdir? 

-Onun antioksidan dərəcəsi yaşıl almadan daha yüksəkdir.

-Astma xəstəliyinə qarşı yaxşıdır.

-Saçları gücləndirir.

-Həzm problemlərini aradan qaldırır.

-Ürək-damar xəstəliklərinin və infarktın qarşısını alır.

Yaşıl almanın faydaları nələrdir?

-Şəkərli diabetin yaranmasının qarşısını alır. 

-Ürək və damar xəstəliklərinə xeyirlidir.

-Ac qarına qəbul edilərsə, damarlarda lövhə əmələ gəlməsinin qarşısını alır, ürək əzələsini gücləndirir, ürəkdə iltihabın qarşısını alır.

-Beyin sağlamlığı üçün yaxşıdır.

-Dişlərdə lövhə əmələ gəlməsinin qarşısını alır. Yüksək pH səviyyəsinə malik olan bu meyvə ağız qoxusuna qarşı da mübarizə aparır.


Almanın dəri üçün faydaları

Alma qida maddələri ilə zəngindir. Mis, vitamin A və C komponentləri ilə yüksəkdir. Bu maddələr dərinin yenilənməsini təmin edir. Bundan əlavə, dəriyə daha parlaq bir görünüş verir. Almanın dəridə istifadəsi fərqli ola bilər. Alma ilə hazırlanmış kosmetik məhsullardan istifadə edilə bilər, dəri isə alma suyu və ya sirkə ilə təmizlənə bilər. O, həmçinin dəridə kollagen səviyyələrini artırır və saxlayır. Almanın dəriyə ən əhəmiyyətli faydası günəşin zərərli şüalarına qarşı qoruma təmin etməsidir.

Mənbə: Sabah

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et