Yer üzündə yetişdirilən ədviyyatların əksəriyyəti təcrübə ilə müxtəlif xəstəliklər üçün alternativ tibb sahəsində istifadə edilmişdir. Yeməklərdə bəzi ədviyyatlar istifadə edilərkən, bəzi ədviyyatlardan çay kimi qəbul edilir. Həm yeməkdə, həm də çay kimi istifadə oluna bilən ədviyyatlardan biri də sumaqdır. Turş dadı olan sumağın vətəni Yaxın Şərq kimi tanınır. Toz şəklində satılan sumaq ədviyyatının faydaları saysız-hesabsızdır.

Turş dad tələb edən yeməklərdə tez-tez istifadə edilən sumaqlı çay həm də sağlamlıq üçün faydalı içkidir. Sumaq çayı həm yarpaqlarından, həm də toxumundan hazırlana bilər. İnsanların sumaq çayı haqqında kifayət qədər məlumatı olmadığı üçün sumaq çayı ilə bağlı araşdırmalar aparılır.
- Sumaq çayı yüksək antioksidant nisbətinə malikdir.
- Ürək sağlamlığı üçün yaxşıdır.
- Həzm sistemini tənzimlədiyi üçün mədə xəstəliklərinin qarşısını alır.
- İltihab və öskürək problemlərinə qarşı müalicəvi xüsusiyyətlərə malikdir.
- Menstruasiya zamanı sancılar və ağrıları azaldır.
- C vitamini və antioksidant xüsusiyyətləri ilə xərçəngə qarşı qoruma təmin edir.
- Sümükləri gücləndirməyə kömək edir.
- İnfeksiyanın yaranmasının qarşısını aldığı üçün qızdırma xəstəliklərinin yaranmasının qarşısını alır.
- Menstruasiya pozuntularını tənzimləyir.
- Dəri problemlərinə qarşı yaxşıdır.
- Əzələ ağrılarını aradan qaldırmağa kömək edir.
- Diş infeksiyalarına yaxşı təsir edir.
- Tənəffüs xəstəlikləri üçün müalicəvidir.
Sumaq çayının zərərləri nələrdir?
Sağlamlığa çoxlu faydası olan sumax çayının əks təsirləri də insanların maraqlandığı məsələlər sırasındadır. Sumak çayının yan təsirləri bunlardır:
Allergiyası olanlar onu qəbul etməməli və qəbul etməzdən əvvəl həkimə müraciət etməlidirlər. Onun istifadəsi zamanı dərinin qaşınması və soyulması baş verə bilər. Həddindən artıq qəbul edildikdə sürətli kilo itkisinə səbəb ola bilər. Müxtəlif dərmanlardan istifadə edənlər diqqətli olmalıdırlar. Sumakdakı komponentlər dərmanların komponentləri ilə qarşılıqlı əlaqədə olduqda yan təsirlərə səbəb ola bilər.
Sumaq çayı necə hazırlanır?
Sumaq çayının hazırlanması həm tez, həm də praktikdir. Sumaq çayı həm toxumdan, həm də yarpaqdan hazırlana bilər. Ona görə də insanlar sumaq yarpağı çayının faydaları və sumaq toxumu çayının faydaları haqqında müxtəlif araşdırmalar aparırlar. Lakin hər iki çayın faydaları və quruluşu eynidir. Turş dadı ilə də dadlı bir içki olan sumaq çayının hazırlanması və faydaları aşağıdakılardır:
100 qram sumaq toxumu və ya yarpağı üçün 1 litr su istifadə edə bilərsiniz. Əvvəlcə, suyu ocaqda qaynadın. Su qaynadıqdan sonra sumağı əlavə edib dəmləyin. Sumaq çayını dəmlədikdən sonra süzün. Sumaq çayını gün ərzində, səhər və axşam 2 stəkan içmək olar. Sumax tumundan və yarpaqlarından hazırlanan çaylar müntəzəm və tövsiyə olunan miqdarda qəbul edildikdə tənəffüs xəstəliklərindən ürək xəstəliklərinə, immunitet sistemindən dəri problemlərinə qədər müxtəlif sahələrə müsbət töhfə verir. Bundan əlavə, sumaq çayı iltihabəleyhinə və infeksiya öldürücü xüsusiyyətləri ilə qızdırma xəstəliklərinin və diş ətinin iltihabının qarşısını alır. Diqqətlə istifadə edildikdə sağlamlığa möcüzəvi təsir göstərir.
Mənbə: Habertürk
Tərcümə etdi: Fatimə Mustafayeva
