Kökləri zəncəfil ailəsindən olan zəncəfilin vətəni Asiyadır. Faydaları televiziyada və internetdə çox qeyd olunan bu ot son vaxtlar böyük populyarlıq qazanıb. Xüsusilə, alternativ tibb üsullarında istifadə olunur. Dərman istifadə etmək istəməyən insanlar üçün son dərəcə əhəmiyyətli bir şəfa mənbəyidir. Hamilə qadınlarda, kimyaterapiya və əməliyyat keçirən xəstələrdə ürək bulanmasına çox xeyirli olduğu məlumdur. Maddələr mübadiləsini sürətləndirmək qabiliyyəti sayəsində arıqlamaq və ya yağ yandırmaq istəyən insanlar üçün də çox uyğundur.

Zəncəfilin faydaları nələrdir?
-Zəncəfil mədə və bağırsaqlardakı qazları çıxarır.
-Zəncəfil qusma və ürəkbulanmaya qarşı son dərəcə təsirlidir.
-Zəncəfil ishal və bağırsaq xəstəliklərini aradan qaldırır.
-Zəncəfil immunitet sistemini gücləndirir.
-Zəncəfil öskürəyi kəsir.
-Zəncəfil maddələr mübadiləsini sürətləndirir və iştahı artırır.
-Zəncəfil həzmi sürətləndirir.
-Zəncəfil əzələ ağrılarını aradan qaldırır.
-Zəncəfil tənəffüs yollarını açır.
-Zəncəfil soyuqdəymə, qrip və bronxit kimi xəstəliklərin müalicəsində istifadə olunur.
Zəncəfil, ümumiyyətləiçkilərdə, salatlarda və müxtəlif yeməklərdə istifadə olunur. Zəncəfil toz şəklində də qəbul edilə bilər. Toz zəncəfil yeməklərə, salatlara və müxtəlif içkilərə əlavə edilərək ədviyyat kimi qəbul edilə bilər. O, həmçinin peçenyelərə və müxtəlif qəlyanaltılara əlavə edilə bilər. Ancaq zəncəfil qəbul etməyin ən çox yayılmış yolu çay kimi hazırlanmasıdır.
Zəncəfil çayı necə hazırlanır?
Təzə zəncəfil dilimləri soyulduqdan sonra hər stəkan üçün təxminən 3-4 qrama qədər dilimlənir. Dilimlənmiş zəncəfillər çaydanda təxminən 10 dəqiqə ərzində qaynadılır. Qaynadıqdan sonra dəmlənməyə buraxılan zəncəfil bir müddət dincəldikdən sonra istəyə görə bal və limon əlavə edilərək qəbul edilə bilər. Səhər yeməyindən əvvəl müntəzəm olaraq arıqlamaq və yağ yandırmaq istəyənlərə məsləhət görülür. Zəncəfil çayı təzə zəncəfildən və ya toz zəncəfildən hazırlana bilər. Zövqünüzə uyğun mixək, darçın və ya müxtəlif bitki çayları ilə qarışdıraraq dəmləyə bilərsiniz.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva
