Bu gün:

Koronavirusdan sonra keçməyən qoxu itkisi unutqanlığa səbəb olur


Türk və alman alimlər uzun sürən koronavirusun səbəb olduğu qoxu itkisinin hələ də davam edən xəstələrin beyin əlaqəsinin azaldığını və bu səbəbdən unutqanlıq və diqqət dağınıqlığı kimi problemlərlə üzləşdiyini müəyyən etdiyi araşdırma dünya tibb ədəbiyyatına daxil olub.

Türk və Alman alimlərin koronavirusa yoluxduqdan sonra qoxu hissi azalan və ya tamamilə yoxa çıxan insanlar üzərində apardıqları araşdırmada beyindəki qərarvermə və qoxu mərkəzləri arasında məlumat axınının azaldığı, buna görə də yaddaşın mənfi təsirləndiyi, unutqanlıq və diqqət dağınıqlığı kimi problemlərin olduğu müəyyən edilib.  

Dünyada SARS-CoV-2 virusunun yaratdığı koronavirus xəstəliyinin yaranmasından 4 ildən çox vaxt keçir. Xəstəliyə yoluxmuş və sağalmış bəzi insanlar hələ də virusun yaratdığı "beyin dumanı" problemini yaşayırlar ki, bunlara qoxu itkisi və ya zəifləməsi, unutqanlıq, diqqətin yayınması, diqqətsizlik və yorğunluq kimi simptomlar daxildir.

Türkiyə və Almaniyadan olan 6 alim koronavirusun bəzi insanlarda illərlə iz qoymasının və xüsusilə bu sağlamlıq problemləri ilə təsirini davam etdirməsinin səbəbini anlamaq üçün araşdırma aparıb.

Alimlər apardıqları araşdırmada 3 il ərzində qoxu itkisi və ya parosmiya şikayəti olan 145 türk xəstəsini müayinə ediblər. Funksional MRT görüntüləmə vasitəsi ilə beyin əlaqəsinin xəritəsi aparılan xəstələrdə beynin yaddaş, qərar vermə və qoxu mərkəzləri arasında məlumat axınının azaldığı aşkar edilib.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et