Bu gün:

İstifadə etdiyimiz əşyalar nə dərəcədə sağlamdır?


Mətbəx işlərində bizə kömək edən bir çox əşyalar düzgün istifadə edilmədikdə sağlamlığımızı riskə ata bilər. Xərçəng və ya qida zəhərlənməsi bu risklər arasındadır. Üstəlik mətbəxdəki təhlükə yalnız istifadə edilən əşyalarla məhdudlaşmır...

Mətbəxlər, bəlkə də evlərimizdə ən çox vaxt keçirdiyimiz yerlərdir. İçərisində zərərsiz görünən və işimizi asanlaşdıran bir çox əşyalar var. Ancaq bəzi alətlər və avadanlıqlar düşündüyünüz qədər zərərsiz deyil.

Prof. Dr. Murat Dinçer mətbəxdə istifadə olunan əşyaların sağlamlığımıza təsirindən danışıb. İndi gəlin nəzər salaq ki, hansı əşyalar sağlamlıq üçün risk yaradır və onlardan necə istifadə edilməlidir...

Köhnəlmiş Teflonlar: 

Teflonların hazırlanmasında C8 adlı maddə var. Bilirik ki, teflon tavalar bu maddəyə görə xərçəng yaradan xüsusiyyətlərə malik olmaqda ittiham olunur.  Teflonun qızdırıldığı zaman buxarlanması nəticəsində havaya zəhərli kimyəvi maddələr buraxaraq sağlamlıq riski yaratdığı bildirilir. Teflondan istifadə ediriksə, köhnəlmiş olanları seçməməliyik.  Köhnəlmişlərdən uzaq olmaq lazımdır. ISO və TSE kimi sertifikatları olan və örtüyü standart olanları seçmək vacibdir.

Teflonu metal qablarla qaşıyıb yeməyə köçürməkdən də uzaq durmaq lazımdır. Teflon tavanların insanlara zərərini göstərən heç bir araşdırma yoxdur, lakin C8 üzərində çoxlu araşdırmalar var. C8-in heyvanlarda prostat, mədəaltı vəzi və sidik kisəsi xərçəngi ilə əlaqəsi yüksək dozada göstərilmişdir.

Alüminium qablar: 

Daha ucuz və asan əldə edilir. Yüngül və istiliyi asan ötürdüyü üçün istifadə olunur. Bununla belə, müəyyən miqdarda qidalara qarışdırıldığında alüminium toksikliyinin yığılmasına səbəb ola biləcəyini göstərən bəzi məlumatlar var. Ona görə də istifadə etmək çətindir. Alüminium qablar yerinə polad və ya keramika tavalardan və ya qablardan istifadə etmək daha təhlükəsizdir.

Alüminiumun bədəndə toplanması bir vaxtlar Alzheimer xəstəliyi ilə əlaqələndirilirdi. Həddindən artıq alüminium böyrək çatışmazlığından tutmuş bir çox problemlərə qədər səbəb ola bilər.  Alüminium folqa oxşar vəziyyətdədir. Xüsusilə isti istifadə zamanı qida ilə birbaşa təmasda olmamalıdır. Çörək kağızı üzərində istifadə etmək daha faydalıdır. 

Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et