
Onu sonuna qədər sevdinizmi?
Həyatımızdakı insanlar xoşbəxtliyimizdə, rifahımızda və həyat dəyişikliklərinin öhdəsindən gəlməkdə mühüm rol oynayırlar. Həyatınızdakı insanlar bu gün kim olduğunuzu müəyyənləşdirir. Yaxın ətrafınızdakı insanlara onları nə qədər sevdiyinizi söyləməkdən çəkinməyin. Nə qədər çox sevgi göstərsəniz, qarşılığında bir o qədər çox sevgi alacaqsınız.
Siz doyunca yaşadınızmı?
Hər gün bizim üçün vacib olan məsələlərlə bağlı nəsə etmək imkanımız və gücümüz var. Etmək istədiyiniz şeyləri etməkdən qorxmayın. Risk et və həmişə xəyal etdiyin həyatı yaşa. Bu bir az çətin olsa da, diqqətli planlaşdırma, dəstək və düzgün istiqamətdə addımlarla istədiyiniz həyatı yaşaya bilərsiniz. Həyat yalnız təcrübə təklif edir. Problemlərlə üzləşin, rahatlıq zonanızı genişləndirin və dünyada bacardığınız ən yaxşısı olun.
Fərq yaratdınız?
Biz hamımız dünyada fərq yaratmaq üçün buradayıq. İnanırıq ki, hamımızın ətrafımızdakılarla bölüşmək üçün hikmət, zənginlik və ya sevgi var. İnandığımızı müdafiə etməkdən vaz keçməməli və özündən qorxmamalısan. Əslində, qorxularımız kim olduğumuzu tam aşkar etməyə mane olur. Etdiyiniz və ya dediyiniz şeylərdən faydalana biləcək çoxlu insanlar var. Həyat heyrətamiz bir səyahətdir. Biz fərq yaratmaq və bir-birimizi dəstəkləmək üçün buradayıq. Bunu dərk etmək üçün ölümün astanasında olana qədər gözləməyin. Bu sualları özünüzə verməyi unutmayın.
Mənbə: HThayat
Tərcümə etdi: Lamiyə Cənnətzadə
