Bu gün:

Aronia meyvəsi nədir və onu necə yemək olar?


Aronia giləmeyvəsi immuniteti artırır, infeksiyaların müalicəsində istifadə olunur.

C vitamini və antioksidantların ən yüksək mənbəyi olan aronia Şimali Amerikadan gəlir və bu bitki əvvəllər yerli amerikalılar tərəfindən soyuqdəymələri müalicə etmək üçün istifadə olunurdu.

"Super meyvə" adlandırılan aronia qanda xolesterin səviyyəsini balanslı tutaraq damarların tıxanmasının və laxtalanmanın qarşısını alır. Qan damarlarını gücləndirməyə kömək edir.

Eyni zamanda, aronia meyvəsi sinüzit və astma simptomlarını aradan qaldırır.

Aronia meyvəso necə yeyilir?

Kiçik və az qala qara bənövşəyi rəngli aronia meyvələrini yeməklə yanaşı, meyvə şirəsini, tozunu və ya mürəbbəsini zövqünüzə uyğun formalaşdıraraq qəbul edə bilərsiniz

Xərçəng riskini azaldır.

Metabolik sindroma və buna bənzər təsirlərə və damar tıxanmasına qarşı təsiri 2 ay ərzində gündə 3 stəkan istifadəsi ilə müşahidə edilir və riski ciddi şəkildə azaldır; İnsan bədənində ateroskleroz təhlükəsini artıran amilləri azaltdığı sübut edilmişdir.

Mənbə: NTV

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et