Bu gün:

“Mən heç nə edə bilmirəm” düşüncəsi ilə mübarizə yolları


Qorxularınızdan qurtulmaq və uğur qazanacağınıza inanmaq üçün edə biləcəyiniz şeylər:

1. Siz uşaq olanda valideynləriniz və ya müəllimləriniz sizə dəfələrlə demiş ola bilərlər ki, “sən heç nəyi düzgün edə bilməzsən”. Ömrünüz boyu belə şeylər eşitsəniz, onlara inanmağa başlayacaqsınız. Belə hallarda bu fikrin doğru olub-olmadığını aydınlaşdırın.

2. Müntəzəm olaraq uğursuz olduğunuzu düşünməyi dayandırın. Çünki bu sizi yavaş-yavaş bezdirəcək. Belə vəziyyətlərdə daxili səsinizə meydan oxuyun.

Özünüzü motivasiya etmək üçün əldə etdiyiniz yaxşı işlərin siyahısını tərtib edin.

3. Fasilə verin. Fasilə ehtiyacı uğursuzluq deyil. Hər bir insanın vaxtaşırı nəfəs alması lazımdır. Heç bir şeyi düzgün edə bilmədiyiniz zaman dayanın və fasiləyə ehtiyacınız olub-olmadığını düşünün.

4. Unutmayın ki, heç kim mükəmməl deyil. Özünüzü dəyişdirməyə və təkmilləşdirməyə çalışsanız belə, səhvlər edəcəksiniz. Nəzərə alın ki, bu, tamamilə normaldır

Mənbə:N-Life

Tərcümə etdi:Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et