
Yay boyu çoxlu günəşə, dənizə və ya hovuz suyuna məruz qalan saçlar həm quruyur, həm də solğun olur. Bəs zədələnmiş və qırılan saçlarınız üçün nə edə bilərsiniz?
1. Zədələnmiş saçlarınızın qurumasının qarşısını almaq üçün sulfatsız şampunlardan istifadə edin. Beləliklə, yay boyu quru olan saçlarınız daha da qurumayacaq və hər hansı bir qabarma probleminiz olmayacaq.
2. Yay mövsümündə baş dərisi günəşin təsirindən köhnəlir, buna görə də yaydan sonra saç tökülmələri arta bilər. Baş dərisinin qurumasının qarşısını almaq üçün saçları nəmlə doyurmalısınız. Bunun üçün həddindən artıq quru baş dərisinə hamamdan əvvəl yüngül dairəvi masajla müşayiət olunmaqla barmaqlarınızın ucu ilə saç serumu çəkməlisiniz. Bununla saçlarınız itirdiyi nəmliyi geri qaytaracaq və saç kökləri yenidən güclənəcək.
3. Saçınızın itirdiyi nəmliyi bərpa etmək və onlara sağlam parıltı vermək üçün həftədə iki dəfə saç tipinizə uyğun maska ilə serum rutininizi dəstəkləyin.
4. Saçlarınız zədələnmişsə, xüsusən də, tətildən qayıtdıqdan sonra saçınızı kəsdirin. Bu, saçınızı dağılmış uclardan azad edəcək, onların əvvəlki sağlam vəziyyətinə qayıtmasını asanlaşdıracaq.
Mənbə: N-Life
Tərcümə etdi: Lamiyə Cənnətzadə
