
Beyin bütün bədənimizin nəzarət mexanizmidir və ona yaxşı qulluq edilməsə, yaxın zamanda müxtəlif sağlamlıq problemləri yaşamağa səbəb ola bilər. Bunun qarşısını almaq üçün bir çox insanların şüursuz şəkildə etdiyi, lakin beynə zərər verən bu vərdişlərdən uzaq olmaq lazımdır:
Həddindən artıq yemək sağlam qidalansanız belə, beyninizə zərər verə biləcək vərdişdir. Həddindən artıq yemək yaşlı insanlarda yaddaş itkisi və koqnitiv zəifləmə kimi problemlərlə əlaqələndirilir.
Eyni zamanda, həddindən artıq zərərli qida qəbul etmək də beyin sağlamlığı üçün zərərlidir. Həddindən artıq şəkər beyinə mənfi təsir edir, həmçinin piylənmə və diabetə səbəb olur.
Neqativ düşünmək
Mənfi düşüncə beyninizə zərər verə biləcək bir vərdişdir. Daim stresli və narahat olmaq psixi sağlamlığınıza zərər verir. Bu vəziyyət depressiya, narahatlıq və hətta demansiya kimi problemlərə səbəb ola bilər. Əslində, bəzi tədqiqatlar göstərir ki, neqativə diqqət yetirən insanların beyinlərində daha çox amiloid və tau birləşməsi olur. Bu birləşmələr Alzheimer xəstəliyinin əsas göstəricisidir.
Hərəkətsizlik
Beyninizə zərər verə biləcək başqa bir vərdiş də kifayət qədər hərəkət etməməkdir. Həddindən artıq oturaq olmaq piylənmə, ürək xəstəlikləri və diabet də daxil olmaqla hər cür sağlamlıq probleminə səbəb ola bilər.
Bütün bu sağlamlıq problemləri beyninizə zərər verə və demansiya riskini artıra bilər. Beyninizi sağlam saxlamaq istəyirsinizsə, mütəmadi olaraq idman edin.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
