Bu gün:

Məktəb travmaları olan şagirdlərə necə kömək edilməlidir?


Mütəxəssislər məktəb travması keçirən uşaqlar üçün vacib xəbərdarlıqlar edib. Mütəxəssislər uyğunlaşma prosesində ağlama, əsəbilik, laqeydlik kimi davranışlar sərgiləyən uşaqlara tətillə vida mərasimi kimi təşkil edilməli olduğunu, çətinlik çəkən uşaqlara “sən məktəbdəsən” deyilməməsi lazım olduğunu bildiriblər.

Mütəxəssislər bildirirlər ki, şagirdlər tətildən sonra adaptasiya problemi yaşaya bilərlər.  

 “ Uşaqlara onların məktəbli olduğunu deməyin”

Kastamonu Universiteti Təhsil Proqramları və Tədris şöbəsinin müdiri Dos.Dr. S. Tunay Kamer deyir ki, ilk günlər şagirdlərin məktəbə uyğunlaşması üçün yorucu ola bilər. “Sən də məktəb şagirdisən, dərslər başlayır”,– kimi sözlərin yer aldığı söhbətlərin uyğunlaşma prosesində faydası olmayacağını izah edən Kamer ailələrin bu mövzuda güvənverici olmalarını qeyd edir.

Məktəbə getmək istəməyən şagirdlərin bu münasibətinə valideynlərinin  icazə verməsi uşaqda "istədiyim zaman məktəbə gedə bilərəm" anlayışını yarada biləcəyini bildirən Kamer onu da əlavə edir ki, valideynlər bu məsələdə qətiyyətli olmalı və övladın vəzifə və öhdəlikləri onun səviyyəsində uyğun şəkildə izah edilməlidir. Bu mövzuda müəllimindən dəstək almaq daha da faydalı ola bilər.

“Uyğunlaşma hər tələbə üçün fərqlidir”

Uyğunlaşma prosesinin hər uşaq üçün fərqli ola biləcəyini vurğulayan mütəxəssis qeyd edir ki, “Bir neçə aydan sonra hələ də uyğunlaşma problemi yaşayan tələbələr üçün bu problem sayıla bilər.  Əvvəlki tədris ilində problem yaşayan uşağın yenidən problem yaşaması risk faktoru da ola bilər. Eyni şəkildə, özünü idarə etmək və ayrılmaqda çətinlik çəkən uşaqlar üçün proses bir az daha çətin ola bilər”.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et