Bu gün:

Yemək seçən uşaqlara qarşı diqqətli olmaq lazımdır


Hollandiyalı tədqiqatçılar müəyyən ediblər ki, 4-5 yaş arasında bir çox yeməkdən imtina edən uşaqlar 18 yaşına çatdıqda seçici olmayan yaşıdlarına nisbətən daha az ət, balıq, meyvə və süd kimi qidalar istifadə edirlər.

Appetite jurnalında dərc olunan araşdırma Hollandiyanın cənub-şərqində böyüyən təxminən 880 uşaqdan toplanan nəticələrə əsaslanıb.

Maastrixt Universitetinin tədqiqatçıları 2007-ci ildə dörd və beş yaşlı uşaq anaları ilə müsahibə aparıblar.

14 il sonra indi 18-19 yaşlarında olan uşaqlara qida qəbulu və müəyyən məhsulları nə qədər tez-tez yedikləri barədə danışılıb.

Tədqiqatçılar müəyyən ediblər ki, seçici uşaqlar, seçici olmayanlara nisbətən böyüdükcə daha az meyvə və tərəvəz yediklərini bildirirlər.

Piylənmə riskini artırır

İştirakçıların qidalanma vərdişlərini müqayisə edən tədqiqatçılar bildiriblər ki, nəticələr uşaqlarda yeməkdə seçiciliyin diqqətdən kənarda qalmaması lazım olduğunu ortaya çıxarıb.

Daha az sağlam meyvə və tərəvəzlərin, eləcə də balıq kimi yağsız zülalların istifadəsi insanların piylənmə riskini və bir çox digər sağlamlıq problemlərini artıra bilər.

Tədqiqatçılar: "Ona görə də seçici yemək davranışı olan uşaqlara diqqətli olmalarını və diqqətlə yanaşmalarını tövsiyə edirik".

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et