Əsərin baş obrazı Berger tibb təhsili almaq üçün Vyanaya gəlir. İlk gün hava yağışlı olsa da, büdcəsinə uyğun bir çox otaqlara baş çəkir. Onun tapdığı ən uyğun otaq orta yaşlı qadına və onun 13 yaşlı qızına məxsus olub. Berger otağı götürür və əşyalarını yerləşdirməyə başlayır. İlk gecə Berger üçün çətin keçdi. Daim evini, haradan gəldiyini və bacısını düşünürdü. Daha sonra Bergerin qapısı döyüldü və otağa gənc, iri bədənli bir kişi daxil oldu. Şramek adında bir daxil olur. Şramek Bergerə siqaret çəkməyi və ya spirtli içki qəbul etməyi təklif etsə də, Berger onların hamısını rədd etdi. Berger həmişə yaşıdlarından daha çox uşağa bənzəyirdi. O həm də özünə qapanan bir gənc idi.

Aylar keçdikcə Berger özünü təhsilinə həsr etdi. Onun diqqətini yayındıran yeganə şey vaxtını oxumağa sərf etdiyi fəaliyyət idi. Yeganə dostu Şrameklə də aradabir söhbət edirdi. Berqer Şrameklə birlikdə üzv olduğu klubun görüşünə getmək, bir az ünsiyyət qurmaq istəyirdi. Şramek isə oranın atmosferi onun üçün çox sərt olduğunu bildirərək Bergeri işdən çıxarır. Bir gün Berger uşaq olmadığını sübut etmək üçün bilərəkdən Şramekin üzv olduğu klubun üzvü olan oğlanla toqquşub və döyüş tarixi təyin edir. Şramek dərhal müdaxilə edərək davanın qarşısını alıb. Çünki onun döyüşəcəyi oğlan Berger üçün çox güclü rəqib idi. Berger bu vəziyyətdən çox pis olur. Berger hələ öz otağında dərs oxuyarkən Şramekin ayaq səslərini eşitdi, lakin Şramek tək olmadığını və yanında qadın bu olduğunu da eşidir. Bergeri onlara qoşulmağa dəvət etdilər və şərab içməyə başladılar. Berger ilk zaman Karlanın üzünə belə baxa bilmədi, lakin şərab qana qarışdıqca söhbət getdikcə uzandı. Karla canlı, təşəbbüskar və əyləncəli bir qız idi. Ona bacısından sonra Bergerə bu qədər yaxından yanaşan ikinci qadın idi. Berger Karlanın atəşi ilə yanırdı və onu çox istəyirdi. Bu hisslərin doğru qərar olmadığını bilirdi. Şrameklə dostluğu təhlükə altında idi, xüsusən də Karla ona çox yaxın davrananda bu daha çox hiss olunurdu. Bir gün Karla və Berger Şramekin mənzilində tək qaldılar. Qızın istehzalı və təxribatçı rəftarına artıq dözə bilməyən Berger onun üstünə cumdu, lakin onun qarşısında müvazinətini itirərək Şramekin qılınclarının üstünə yıxıldı. Qolundan axan qana əhəmiyyət verməyərək otağına çəkildi və Şrameklə dostluğuna xələl gətirəcək hərəkət etdiyi üçün özündən utandı. Həmin gecədən sonra Berger qaranlığa qərq oldu. Yemək yemədi, heç kimlə danışmadı, kitab açmırdı və dərslərə getmirdi. Bir gün ev sahibəsinin ağladığını görür. Qadın qızının qızıl xəstəliyinə tutulduğunu, vəziyyətinin pisləşdiyini və ölmək üzrə olduğunu deyib. Sanki Berger o an itirdiyi məqsədi tapmışdı. Dərslərdə eşitdiyi həmin cümləni xatırladı. "Qızıl xəstəliyi kiçik uşaqlar üçün normal bir xəstəlik idi, lakin böyüklər üçün ölümcül idi." Berger balaca qızı sağaltmaq niyyətində idi. Berger əvvəlcə qızın qızdırmasını salmaqla başladı. Çıxırdı, bazara gedirdi və qızı öz əli ilə yedizdirirdi. Qız günü-gündən sağalırdı. Qız da bacısının istiliyini hiss edirdi. Bəlkə də böyüyəndə ona uyğun həyat yoldaşı ola bilərdi. Berger qıza hekayələr oxuyur, kəndi və bacısı haqqında danışırdı. Qız yaxşılaşdıqca Berger bacısına məktub yazaraq başına gələnləri danışmağa qərar verdi. Qoluna qırmızı mürəkkəb damcılasa da çıxmırdı. Bergerin dünyası o anda dağıldı. O, bütün ömrünü özünü uşaq kimi görməklə keçirdi. İndi isə bir uşaq xəstəliyindən öləcəkdi. Bergerin vəziyyəti pisləşdikcə bütün sevdikləri çarpayısının yanında idilər, lakin onların səsləri getdikcə söndü və yalnız şəhərin səs-küyü qaldı.
Zweiqin bu olduqca qısa hekayəsi başqa bir şəhərdə universitetə oxumağa gələn bir gəncin hekayəsini ehtiva edir. Şəhərin təsviri və personajın əhval-ruhiyyəsi kifayət qədər uğurla çatdırılsa da, demək olar ki, hər sətirdə əsərin bohem ab-havası hiss olunur.
Mənbə: kitap.yazarokur.com
Tərcümə etdi: Fatimə Mustafayeva
