Zəncəfil çayı müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Həzmsizlikdən tutmuş boğaz ağrısına qədər hər şeyin dərmanı olan zəncəfil çayının faydaları saysız-hesabsızdır. Elmi adı Zingiber officinale olan zəncəfilin sağlamlıq üçün faydalarının fenollardan və gingerolla shogaols kimi efir yağlarından ibarət olduğu düşünülür.

Zəncəfil çayının faydaları nələrdir?
-Zəncəfil çayı ürəkbulanmanı aradan qaldırır.
-Zəncəfil çayı həzmi sürətləndirir.
-Zəncəfil çayı xroniki ağrıları azaldır.
-Zəncəfil çayı əzələ ağrılarını aradan qaldırır.
-Zəncəfil çayı revmatizm ağrılarına yaxşı gəlir.
-Zəncəfil çayı allergik reaksiyaları azaldır.
-Zəncəfil çayı soyuqdəymə əlamətlərini aradan qaldırır.
-Zəncəfil çayı qan şəkərini aşağı salır.
-Zəncəfil çayı qan dövranını gücləndirir.
-Zəncəfil çayı menstrual ağrıları azaldır.
-Zəncəfil çayı boğaz ağrısına yaxşı gəlir.
Zəncəfil çayını necə hazırlamaq olar?
4 stəkan zəncəfil çayı hazırlamaq üçün təxminən 4 santimetr uzunluğunda zəncəfilin qabığını təmizləyin. Hazırladığınız suyu qaynadın və suya nazik zəncəfil dilimlərini atın. Qazanın qapağını bağlayıb az odda 15-20 dəqiqə saxladıqdan sonra zəncəfil dilimlərini süzüb çayınızı içə bilərsiniz. Şirinləşdirmək üçün limon dilimləri və ya baldan istifadə edə bilərsiniz.
Zəncəfilin yan təsirləri nadir olsa da, həddindən artıq qəbul etmək ishal, sinədə yanma hissi və ağızda qıcıqlanmaya səbəb ola bilər. Kapsul şəklində istifadə edildikdə ürək yanmasına səbəb ola bilər. Öd daşı olanlar zəncəfil çayı içməyə başlamazdan əvvəl həkimə müraciət etməlidirlər. Qanı durulaşdırıcı xüsusiyyətə malik olan zəncəfildən cərrahi əməliyyatlardan əvvəl və sonra istifadə edilməməlidir.
Ürək və diabet xəstələri zəncəfil məhsullarından istifadə etməzdən əvvəl həkim məsləhəti almalıdırlar. Qan təzyiqi dərmanları ilə birlikdə istifadə edilməməlidir.
Zəncəfilin hamiləlik dövründə ürək bulanmasına yaxşı təsir bağışladığını göstərən bəzi araşdırmalar olsa da, bu araşdırmalar kifayət etmədiyi üçün bu dövrdə istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva
