
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Aydın Əliyevdir. O ilk tibbi yardım haqqında məlumat verdi.
-İlk tibbi yardım edərkən nələrə diqqət etmək lazımdır?
İlk tibbi yardım dedikdə hansı vəziyyətin nəzərdə tutulduğu vacibdir və bu vəziyyətlər çoxdur. Yanıq, sınıq, qırıq, cürbəcür travma, ürək dayanması, qan təzyiqinin düşməsi və artması, diabetik köməklər və s. bunlar çox vacibdir və əhatəli mövzudur. İlk tibbi yardımda bu qanaxmadırsa, görünən qanaxmanın kəsilməsi əsasdır və bunlar həkimlərə aiddir, çünki həkimlər bilir nə etmək lazımdır. Qanaxmaların kəsilməsi, sıxılması, ağrıkəsici dərman, mentol tərkibli maddələr və s. ilkin yardım bunlardır. Ən tez ilkin yardım həkimə zəng etməkdir. Məsələn, yay vaxtıdır ilan sancması olub və biz ilan sancan yeri azca sıxırıq ki, zəhər geri çıxsın, zəhərlənmə də isə maye içdirmək, qusmasına kömək etmək həkim gələnə qədər bunları etmək vacibdir.
Nərminə Eyyubova
