
İnsult kimi qalıcı zərər verməyən və 24 saatdan az davam edən mini iflic adlanan ağrılar üçün vaxtında müdaxilə həyati əhəmiyyət kəsb edir.
Müvəqqəti iflic beyinə qan axınının qismən və ya tam dayandırılması və 24 saatdan az davam edən qeyri-daimi simptomlar nəticəsində baş verən müvəqqəti hücumdur. Mini ağrılarda simptomlar yox olsa da, görüntülərdə beyin damarlarında kiçik bir tıxanma görünə bilər. Hər iki halda da qalıcı iflic riskinə qarşı tədbir görülməsi lazım olduğunu bildirən nevroloq Dr.Yüksel Dədə dünyada 3-cü ölüm səbəbi olan insult və mini insult haqqında məlumatlar paylaşıb:
İflic nədir?
Qan damarları beyin toxumasını ehtiyac duyduğu enerji və oksigenlə təmin edir. Bu mənbənin kəsilməsi insult dediyimiz klinik vəziyyətə səbəb olur. İnsultun əsas səbəbləri beyin damarlarında laxtanın çökməsi və ya qanaxmaya səbəb olan damarın yırtılması nəticəsində bu damarların tıxanmasıdır.
Kimlər təhlükə altındadır?
Diabet, yüksək qan təzyiqi, yüksək xolesterin, siqaret, insult üçün risk faktorlarıdır.
Necə anlaşılır?
Ani nitq pozğunluğu, görmə və duyğu pozulması, qol və ayaqlarda zəiflik, tarazlığın pozulması, ağız küncündə birtərəfli sallanma kimi təsbitlər insult əlaməti ola bilər.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
