
Yay aylarının vazkeçilməz dadlarından biri olan üzümü yeyərkən bəzilərimiz tumunu ayırır və ya çəyirdəksiz üzüm yeyirik. Ancaq üzümləri bu şəkildə yedikdə toxumun faydalarından yararlanmaq mümkün olmur. Üzüm toxumu bir çox sağlamlıq problemlərinə faydalıdır.
Üzüm çəyirdəyi tərkibindəki sağlam yağlar sayəsində oynaqlarda artrit (oynaqlarda yaranan xəstəliklərin kollektiv adı) əmələ gəlməsinin qarşısını alır. O həmçinin artritin səbəb olduğu şişlik və ağrıları aradan qaldırır.
Üzüm çəyirdəyi tərkibindəki E vitamini və sağlam yağ turşuları sayəsində dəri sağlamlığını dəstəkləyir. Kollagen istehsalına töhfə verən üzüm çəyirdəyi qırışlardan qoruyur. Üzüm çəyirdəyi yemək dəridə sızanaqların yaranmasının da qarşısını alır. Dərinizin daha hamar və gənc görünməsi üçün üzüm çəyirdəyi istifadə etməlisiniz.
Üzüm çəyirdəyinin tərkibində dəri üçün faydalı vitamin qrupları var. E vitamini və C vitamini ilə zəngin olan üzüm çəyirdəyi dəridəki ölü hüceyrələrin bərpasını da təmin edir. Bu, yaralarınızın daha tez sağalmasına imkan verir.
Üzüm çəyirdəyinin bədəndəki pis xolesterolu saldığı bilinir. Pis xolesterol səviyyələrinin azalması ilə infarkt və insult riski xeyli azalır. Eyni zamanda, üzüm çəyirdəyi sizi ürək xəstəliklərindən də qoruyur.
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
