Həddindən artıq isti və yüksək rütubətli dövrlərdə soyuq duş qəbul etmək istirahətin ən asan yolu kimi qiymətləndirilir. Ancaq mütəxəssislərin fikrincə, bu, hər kəs üçün keçərli deyil. Bəzi xəstəliklərin böyük riskləri var. Xüsusilə ürək-damar xəstəlikləri olanlar ölümcül təhlükələrlə üzləşə bilər.
Qlobal istiləşmə ilə yanaşı, bu il təsirinə məruz qaldığımız El Nino hava axını ilə həddindən artıq isti və rütubətli dövrlər yaşayırıq. Ölkəmizdə termometrlərin hətta 50 dərəcəni keçdiyi vaxtlar olub.
Bu temperaturlarda qəbul edilən və insan orqanizmini məcbur edən soyuq duşlar bir müddət də olsa, rahatlaşdırıcı təsir göstərir. Ancaq mütəxəssislərin bu nöqtədə xüsusilə bəzi xəstəlik qrupları üçün bir xəbərdarlığı var. Həmin xəbərdarlıqların nədən ibarət olduğunu və nələrə diqqət edilməsi lazım olduğunu Türk Kardiologiya Dərnəyi baş katibinin müavini Prof. Dr. Bülent Mutlu ilə danışdıq.
Soyuq duş sağlamlıq üçün faydalıdırmı?
Soyuq duş qəbul etməyin insan sağlamlığı üçün faydalı olduğu deyilir. Prof. Dr. Mutlu: “Bədənimizə təsir edən səbəblərdən danışılır, lakin bunların heç biri sübut olunmuş məlumat deyil. Müşahidə tədqiqatları adlandırdığımız insanların rəylərinə əsaslanan məlumatlardır". Faydalı məlumatların bəzi nümunələri bunlardır:
“Məsələn, soyuq duşun bədənimizin müqavimətini artırdığı deyilir. Bununla bağlı araşdırma var. Onlar 30 saniyə, 60 saniyə və 90 saniyə soyuq duş qəbul edən insanları bir il ərzində izlədilər. Bu insanlardan rəy aldılar. Soyuq duş qəbul etməyənlərlə müqayisədə bu qrupdakı insanlar 30 faiz az xəstələndiklərini, infeksiyaya yoluxduqlarını bildiriblər. Yəni buna əsaslanaraq soyuq duşun bədənimizin müqavimətini müəyyən qədər artırdığı deyilir".
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
