Elmi araşdırma göstərib ki, son 30 ildə dünyada 50 yaşdan kiçik insanlarda xərçəngə tutulma halları təxminən 80 faiz artıb.
Qlobal erkən başlanğıc (50 yaşdan aşağı) xərçəng hadisələri 1990-cı ildə 1,82 milyondan 2019-cu ildə 79 faiz artaraq 3,26 milyona yüksəlib. Bu dövrdə 40, 30 və daha gənc yaşlılar arasında xərçəng ölümləri 27 faiz artıb.
2019-cu ildə 50 yaşa qədər 1,06 milyon insan xərçəngdən ölüb. Bu, 1990-cı illə müqayisədə 27 faiz artım kimi qeydə alınıb.
Mütəxəssislər halların artmasının səbəblərinin müəyyən edilməsində “erkən mərhələdə”dirlər, lakin nəticələri BMJ Oncology jurnalında dərc edilən araşdırmaya görə, qidalanma, alkoqol və tütün istifadəsi, həmçinin hərəkətsizlik və piylənmə mümkün səbəbkar amillər arasındadır.
"1990-cı ildən bəri dünyada erkən başlayan xərçənglərin tezliyi və ölüm halları əhəmiyyətli dərəcədə artıb".
“Sağlam qidalanma, tütün və alkoqol istehlakının məhdudlaşdırılması və sağlam həyat tərzinin təşviqi, o cümlədən müvafiq açıq hava fəaliyyəti erkən başlayan xərçəngin yükünü azalda bilər”, - deyilib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
