Bu gün:

Bu qidalar asılılıq yaradır


Müəyyən qidaları yeyəndə dayana bilmirsiniz, yedikcə yemək istəyirsiniz və 1-2 gün yemədiyiniz zaman dərhal onların yoxluğunu hiss edirsiniz, elə deyilmi? Çoxsaylı tədqiqatlar göstərir ki, bəzi qidalar, xüsusən də  şəkər və yağlarla zəngin olan və ya monosodyum glutamat (MSG) kimi əlavələr olan qidalar asılılıq yaradır. Bəs hansı qidalar asılılıq yaradır? Ekspert-dietoloq Aslıhan Küçük Budak bu məsələ ilə bağlı məlumat verib.

Hansı qidalar asılılıq yaradır və hansı alternativlərlə əvəz edə bilərik?

Qablaşdırılan kartof çipsləri- Evdə hazırlanmış çipslər

Hazır kartof çipsi, daha çox yemək istəyi yaradan yüksək duz və yağ tərkibi sayəsində "zövq mərkəzi” olan hipotalamusu stimullaşdırır. Bunun əvəzinə evdə hazırlanan kartof çipslərini və ya çuğundur cipsi , noxud cipsi kimi alternativləri sınaya bilərsiniz.

Çuğundur çipsi

Çuğunduru soyduqdan sonra incə dilimlərə kəsin. Doğranmış çuğunduru bir qaba tökün, sarımsaq, zeytun yağı, duz və istiotla qarışdırın və 10 dəqiqə qaynadın.

Əvvəlcədən isidilmiş 200 dərəcə sobada yağlı kağız ilə örtülmüş soba qabında  15-20 dəqiqə və sobanın qapısı açıq halda 5 dəqiqə daha bişirin və ləzzət alın.

Hazır köftə-Evdə hazırlanan köftə


Hazır köftə içərisində olan MSG, əlavə olunan yeməyi çox dadlı edir, nəzarətsiz istifadə edilməsinə və asılılıq yaratmasına səbəb olur.

Buna görə tərkibinə əmin olduğunuz ev köftələrinə üstünlük vermək ən düzgündür. Çin duzu olaraq da bilinən msg: işlənmiş qidalara, fast foodlara, çipslərə, souslara, hazır şorbalara, krakerlərə, kolbasalara, salamlara və bənzər qidalara əlavə olunur.

Ağ çörək-Tam buğda çörəyi


Düyü, ağ un, kartof və şəkər kimi yüksək glisemik indeksli qidalar beynin qəbul edildiyi kimi yemək istəməsinə səbəb olur və yeməkdən qısa müddət sonra aclıq hissi yaradır.

Ağ çörək əvəzinə tam buğda çörəyi; düyü əvəzinə bulqur seçərək bu asılılıq hissini aradan qaldıra və uzun müddət tox qala bilərsiniz.

Kola- Adi mineral su


Kola kofein, şəkər və ya yüksək fruktoza qarğıdalı şərbətinin tərkibinə görə güclü asılılıq yaradır.

Asılılıqdan qurtulmaq və eyni zamanda adi mineral suyun mineral tərkibindən faydalanmaq üçün kola əvəzinə adi mineral su seçə bilərsiniz.

Mənbə : Cnntürk

Tərcümə etdi: Aysu Əsədova


 


 


 


 


 


 


 


 


 


 


 


 


 



 

Paylaş
Şərh əlavə et