Bu gün:

Fıstığın faydaları nələrdir?


Fıstıq idman edən insanların qəbul etməsi lazım olan məhsullardan biridir. Bədənə enerji olaraq qatqı təmin edən fıstıq pəhriz saxlayanlar üçün ən vacib qidalardan biridir. Ancaq pəhriz saxlayanlar fıstıq qəbul edərkən nisbətən diqqət etməlidirlər.

Ən məşhur qoz-fındıqlardan biri olan fıstıqların faydaları da kifayət qədər yüksəkdir. Xüsusilə, idmanla məşğul olan insanların da fıstıq qəbul etməsi tövsiyə olunur. Çünki fıstıq qəbulu ilə yanaşı enerji qəbulunu da təmin edir. Vitaminlər, minerallar və antioksidantlarla çox zəngin olan fıstıq paxlalılar ailəsinə aid bir qozdur. Ümumiyyətlə, qida sənayesi üçün yetişdirilən fıstıq kiçikdən böyüyə hər kəsin qəbul etdiyi qidadır. 

- Pis xolesterinin səviyyəsini aşağı salan fıstıq yaxşı xolesterinin səviyyəsini yüksəldir.

- Yoğun bağırsaq və mədə xərçənginə qarşı qoruyucu təsirə malikdir.

- Qan şəkərinin səviyyəsini tarazlamağa kömək edir.

- Fıstıq E vitamini ilə çox zəngindir. Buna görə də dəri sağlamlığı üçün son dərəcə faydalıdır.

- Fıstıq amin turşuları və zülallarla zəngin olduğu üçün sağlam böyüyür.

- Fıstıq tərkibindəki omeqa-3 yağları ilə saç tökülməsinə və qırılmasına qarşı çox təsirli bir qidadır.

- Saçların parlaq və güclü görünməsinə kömək edir.

- Fıstıqda olan yağlar orqanizm üçün çox faydalıdır. Bu səbəbdən onun qəbulu tövsiyə olunan fıstıq serotonin hormonunun artmasına kömək edir. Beləliklə, depressiyaya qarşı mübarizə aparan xüsusiyyəti də var.

-Fıstıqda doymuş yağların olması ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Buna görə də ürək-damar xəstəlikləri üçün əhəmiyyəti baxımından çox üstünlük təşkil edən fıstıq qəbulu insult riskini də azaldır.

-Alzheimer xəstəliyi riskini azaldan fıstıq qəbulu yaşlılara tövsiyə edilir.

- Yaddaşı gücləndirən fıstıq xüsusilə, tələbələrə tövsiyə olunur.

Fıstıqların faydaları tam bilinməsə də, bir çox faydaları var. Zülal, C vitamini, kalsium, dəmir və doymuş yağ baxımından çox yüksək olan fıstıqların faydaları da kifayət qədər yüksəkdir:

- Ürək-damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.

- Tərkibindəki C vitamini sayəsində yaddaşı gücləndirir, immunitet sistemini gücləndirir.

- Xərçəngə qarşı qoruyucu təsir göstərir.

Demək olar ki, hər yaşdan hər kəsin rahatlıqla qəbul edə biləcəyi fıstıqların həddindən artıq qəbulu da zərərli ola bilər. Bu səbəbdən fıstıq qəbulu zamanı diqqətli olmaq lazımdır. Fıstıqların faydaları saymaqla bitməyəcək qədər çoxdur. Pis xolesterini tənzimləməkdə çox yaxşı olan fıstıq yaddaşı da gücləndirir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et