Təbiətdə öz-özünə bitmə xüsusiyyətinə malik olan kapari xalq arasında çəmən otu kimi tanınır. Tikanlı bitki növü olan kapari kiçik qönçələr şəklində və adətən turş şəklində olur. Mütəxəssislər bunun həzm sistemindən tutmuş digər sağlamlıq problemlərinə qədər müxtəlif faydalarının olduğunu bildirirlər.

Türkiyənin Ege bölgəsində tez-tez yetişdirilən kapari qarğa bostanı adları ilə tanınan tikanlı bitki növüdür. Hələ tumurcuq mərhələsində ikən qəbul edilə bilən meyvələr verən kaparilərin boyu qısadır. Orta hesabla 200 il yaşayan bitki sağlamlıqdan başqa qida sənayesində və kosmetikada istifadə olunur.
Arıqlama problemlərindən diş sağlamlığına qədər bir çox sahədə qəbul edilə bilən kapari bitkisi yeməklərdə istifadə edilə bilər. Sağlamlığa faydaları hələ də araşdırılan kapari mütəxəssislər tərəfindən tövsiyə edilir. Bildirilir ki, qədim yunan dövründə tibbin atası olan Hippokrat müxtəlif xəstəliklərin müalicəsində istifadə edib.
Tərkibində yüksək miqdarda antioksidant olan kapari sidiklə sərbəst radikalların aradan qaldırılmasını dəstəkləyir. Ödəm yığılmasının qarşısını alan kapari bitkisi hüceyrə bərpaedici xüsusiyyətlərə malikdir. Yüksək lif tərkibinə malik olan kapari həzm problemlərinə qarşı profilaktik təsir göstərir. Toxluq hissi verdiyi üçün arıqlamağa kömək edə bilər.
Uzun müddətli yorğunluqdan sonra qəbul edildikdə, enerji verir və yorğunluğun aradan qaldırılmasına kömək edir. Maqnezium və kalsium baxımından çox zəngin olan kapari bitkisi sümük inkişafını dəstəkləyir. Yaşlanma səbəbiylə sümüklərin əriməsinə və qırılmasına maneə rolunu oynayır.
Bütün dünyada qəbul edilən kapari sağlamlıq üçün ən faydalı bitkilər sırasındadır. İrəli yaş pozğunluqlarının qarşısını alır. Kapari qəbul edən insanların yaşla əlaqədar xəstəliklərə tutulma ehtimalı daha azdır. Daimi yorğunluq, damar tıxanması və yerimə çətinliyi kimi problemlərin qarşısını almaq üçün kapari bitkisi qəbul edilə bilər.
Bədənin mühüm orqanlarından biri olan qaraciyəri təmizləyən kapari bitkisi qaraciyər yağlanmasının da qarşısını alır. Bu şəkildə artıq çəki formalaşmasına imkan vermir. Eyni zamanda, qaraciyər yağlanması ilə bağlı ciddi xəstəliklərin qarşısını alır.
Ağciyər orqanizmdə bir çox funksiyaları yerinə yetirir. Xüsusilə, təmiz hava deyincə ağla gələn ağciyər zamanla məhv ola bilir. Siqaret çəkənlər ağciyər problemləri, nəfəs darlığı kimi müxtəlif problemlər yaşaya bilərlər. Bu problemlərin qarşısını almaq üçün kapari bitkisini qəbul etmək olar. Kapari ağciyərin daha rahat şəkildə fəaliyyət göstərməsini dəstəkləyir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
