Bu gün:

Mixəkin faydaları nələrdir?


Vətəni İndoneziya olan mixək bir çox sivilizasiyada ağız qoxusunu aparma xüsusiyyətinə görə, imperatorların ilk seçimləri arasında olub.

Həzm xüsusiyyəti ilə yanaşı, infeksiya xəstəliklərinin müalicəsində də geniş şəkildə istifadə edilir. Kosmetika və dərman fabriklərində üstünlük verilən mixəklər Asiya ölkələrində yeməklərə qatılaraq da qəbul edilir.

Qərənfil (mixək) yeməkdən sonra həzm problemi olan insanlar tərəfindən də qəbul edilə bilər. Həzm sistemindəki zərərli maddələri xaric edən mixək mədə problemləri və qaz problemlərinə dərman kimi də istifadə edilir. 

Qaraciyər orqanı yağın yığılmasına və bədəndə toksinlərin çoxalmasına imkan verməyən orqandır. Lakin zaman keçdikcə qaraciyər orqanı deformasiyaya uğraya bilər. Qərənfil suyu içmək qaraciyərin özünü bərpa etməsinə kömək edə bilər. Qərənfilin tərkibindəki maddələr sümük sağlamlığını yaxşılaşdıran xüsusiyyətlərə malikdir. İrəli yaşlarda qarşılaşa biləcək sümük rezorbsiya problemlərinin qarşısı mixək qəbulu ilə qarşısı alına bilər. Sümüklər üçün lazım olan kalium və kalsiumun yığılmasına kömək edir.

Güclü antioksidant tərkibinə sahib olan mixək immunitet sisteminə müsbət təsir göstərir. Ağ qan hüceyrələrinin artmasına kömək edir. Qərənfilin tərkibindəki bəzi maddələr qısa müddətdə ağrı kəsici xüsusiyyətlərə malikdir. Üst tənəffüs yolları xəstəliklərində içməli su ilə müalicə edilə bilən mixək baş ağrılarına qarşı dərmanlar zamanı da istifadəsi məsləhət görülür.

Ağız qarqarası mixək suyu ilə hazırlandıqda diş ətinin sağlamlığı qorunur. Diş ətinin sağlamlığını qorumaqla yanaşı, ağız qoxusunu da bu üsulla aradan qaldırmaq olar. 5 min ildən çox istifadə tarixi olan mixək sağlamlığa faydalı bitkilər qrupuna daxildir. Daha çox ədviyyat adlandırılan mixək bir çox xəstəliyə fayda verə bilər.

Qərənfil üzərində aparılan bəzi araşdırmalar ağciyər xərçənginin ilk mərhələsində təsirli olduğunu müəyyən etmişdir. Bundan əlavə, mütəxəssislər mixəkin xərçəng əleyhinə təsirə malik olduğunu bildirirlər.

Baş dərisinə mixək suyu çəkildikdə deformasiyanın qarşısını ala bilər. Mütəxəssislərin fikrincə, mixək suyu kəpəkli saçlar üçün təsirli bir həll ola bilər. Eyni zamanda saç köklərinə qədər uzana və saçların daha güclü olmasına dəstək ola bilər. Qərənfildən min illərdir istifadə olunsa da, onun təsiri hələ tam olaraq bilinmir. Xüsusilə, onun orqanizmə verdiyi faydaların hələ də tam həll olunmadığı məlumdur. Bundan başqa, ictimaiyyət arasında az tanınan faydaların yeni aşkar edildiyi bildirilir.

Qərənfilin ən az bilinən faydalarından biri dərini bərpa edən xüsusiyyətlərə malik olmasıdır. Qərənfil göz sağlamlığı üçün faydalıdır. Gözlərin daha yaxşı görməsi üçün dəstək rolunu oynadığı ifadə edilir. Siqaret çəkənlərdə nəfəs darlığı ola bilər. Qərənfil şirəsi qəbul edildikdə tənəffüs problemləri həll edilə bilər.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et