
Aralarında dad və qida dəyəri baxımından heç bir fərq olmasa da, avropalı istehlakçılar qəhvəyi yumurtaya üstünlük verirlər. İstehsalçıların fikrincə, ağ olanlar ekoloji cəhətdən daha təmizdir.
Yumurta alarkən "daha təbii" göründüyü üçün qəhvəyi rəngə üstünlük verirlər.
Bununla belə, belçikalı yetişdirici Pol Qinsin fikrincə, ağ yumurta ekoloji cəhətdən daha təmizdir.
Qins iki yumurta arasındakı fərqi belə izah edir;
"Ağ toyuqlar ağ rəngdə, qəhvəyi toyuqlar qəhvəyi yumurta qoyur, bu qədər sadədir. Ağ toyuqlar daha məhsuldar canlılardır. Qəhvəyi toyuqlardan 20 həftə çox yaşayırlar. Daha çox yumurta verirlər, xəstələnmirlər və daha az yemək yeyirlər. Daha az yem, aşağı karbon emissiyaları deməkdir".
Belçikalı istehlakçılar ümumiyyətlə qəhvəyi yumurtaya üstünlük verdiyindən, ağ olanlar mayonez istehsalı kimi sənaye məqsədləri üçün istifadə olunur.
İki rəng arasında dad fərqi olmadığını qeyd edən market şəbəkələri ağ yumurtanın daha ucuz və ekoloji cəhətdən təmiz olduğu üçün satışlarını artırmaq istəyir.
Mənbə: NTV
Tərcümə etdi: Lamiyə Cənnətzadə
