Bu gün:

Gündə nə qədər qoz yeyilməlidir?


Sağlam yağ, zülal və lif mənbəyi olan qozun faydaları çoxdur. Kilo tarazlığını təmin etməklə yanaşı, ürək və sümük sağlamlığını yaxşılaşdırmaq üçün faydalar təmin edir.

Qozun faydaları nələrdir?
Tərkibində 90-a yaxın qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.
Müntəzəm olaraq yeyildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir. Tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər olan qoz yaxşı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir.
Qoz glutensiz pəhriz üçün də uyğundur. O, vegetarianlara və veganlara bir sıra qida və vitamin əlavələri təqdim edir.
Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını aldığı bilinir.

Qoz arıqlamaqda təsirlidirmi? 
Axşam saatlarında televizor qarşısında çips və ya şokolad yemək vərdişiniz varsa, daha sağlam olan qozdan istifadə edə bilərsiniz. Dadlı və doyurucu olduğu üçün aclıq hissini azaldır. Araşdırmalar göstərib ki, qoz aclıq hissini azaldır və iştahın qarşısını alır.

Yüksək sağlam yağ tərkibinə görə 100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8 bütöv qozdan çox istifadə edilməməlidir.

Mənbə: NTV

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et