Bu gün:

Özünüzü bağışlayın: Ho'oponopono texnikası nədir?


Havay dilində “niyə” mənasını verən ho’o və “mükəmməllik” mənasını verən “ponopono” sözlərinin birləşməsindən yaranan ho’oponopono sözü həyatı düzəltmək deməkdir.
Çox öyrənmə tələb etməyən bir tətbiq olan ho'oponopono texnikasının əsas məqsədi, hər şeydən və hər kəsdən əvvəl özünü bağışlamaq bacarığıdır. Bunun müvəffəq olması üçün insanın başa düşməsi lazım olan əsas məqam önəmli olan insanın başına gələnlər deyil, insanın bu vəziyyətə necə reaksiya verməsidir.

Ənənəvi hooponopono 4 əsas addımdan ibarətdir:

- Mən qəmginəm

- Bağışla məni

- Mən səni sevirəm

- Minnətdaram

Yuxarıdakı dörd cümləni bir-birinin ardınca tənəffüsünüzü idarə edərək və tez-tez təkrarlamalısınız.Daxili səyahət olan Ho'oponopono texnikası Dr. İhaleakala Hew Len və Joe Vitale tərəfindən yazılmış "Zero Limit" kitabı ilə bütün dünyada tanındı.
4 təsiri:
1- Hüceyrə yaddaşını təzələyir
Bu texnika hüceyrə yaddaşımızda yaşadığımız bütün ağrılar, narahatlıqlar və qorxular üzərində təmizləyici və sakitləşdirici təsir yaradır.

2- Emosional dayanıqlığı artırır
Daha pozitiv, sülhsevər və həll yönümlü şəxsiyyətin formalaşmasına kömək edir.

3- Qavrayışı dəyişir
Bu, nə qədər azad olduğunuzu dərk etməyə kömək edir və güc qazanmağınızı asanlaşdırır.

4- Sağlam əlaqələri dəstəkləyir
Anlaşılmazlıq və ya çaşqınlıq yaşadığımız zaman qarşı tərəfi günahlandırma meylini dəyişdirə bilən Hooponopono, insanın mövcud problemə təsirinin olduğunu başa düşməsinə kömək edir.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et