Bu gün:

Uşaqların zəkasının inkişafında əsas faktorlar


Şərqi Finlandiya Universitetinin yeni tədqiqatları uşaqların zəka inkişafı üçün iki mühüm fəaliyyətin əhəmiyyətini vurğulayır. İki il ərzində 6-9 yaş arası 504 uşağın olduğunu müşahidə edən tədqiqatçılar uşaqların zəka inkişafına təsir edən bu iki hərəkətin faydasını bildiriblər.

İdman

Yeni tədqiqatlar zamanı uşaqların zəka inkişafını dəstəkləyən fəaliyyətlər araşdırılmışdır. Şərqi Finlandiya Universitetinin nevroloqları iki il ərzində 6-9 yaş arası 504 uşaq müşahidə edib. Tədqiqatçılar göstərib ki, idman komandalarında iştirak edən və oxumağa daha çox vaxt sərf edən uşaqlar düşünmə bacarıqlarını təkmilləşdiriblər.

Uşaqların qidalarına diqqət 

Nəticələrin ardınca idman və oxu məşğuliyyətləri, həmçinin pəhriz keçirilib. Az yağlı süd məhsulları uşaqlar üçün xüsusi hazırlanmış pəhrizə daxil edilirdi, qırmızı ət və işlənmiş qidalar isə az istehlak olunurdu. Skandinaviya pəhrizi adlanan bu ənənəvi pəhriz növü qidanın keyfiyyətinin artmasına səbəb oldu.

Qidalanma, idman və oxu qabiliyyətinin normaya salınması

"Skandinavian Journal of Medicine & Science" jurnalında dərc olunan məqalədə uşaqların "Qidalanma keyfiyyətinin artırılması, mütəşəkkil idman və kitab oxuma vaxtının artmasının koqnitiv qabiliyyətlərin inkişafına səbəb olduğu  bildirilib.

Video oyunlarını idarə etmək lazımdır 

Digər tərəfdən, bir çox mütəxəssislər video oyunların uşaqlara sərbəst fəaliyyət vaxtı nəzarət altında fayda verdiyini deyirlər. Video oyunlar uşaqların inkişafı, yaddaş, spatial agahlıq və qrup sosiallaşması üçün faydalıdır.

Ekran qarşısında saatlar keçirmək koqnitiv inkişafa mane olur 

Lakin son araşdırmalarda nevroloqlar diqqət yetirmişlər ki, ekran qarşısında nəzarətsiz vaxt keçirən uşaqlarda koqnitiv inkişaf azalır.

Mənbə: Independent, CNBC

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et