
Rozmarinin dəriyə qulluqdan yaddaşa, mədədən baş ağrısına qədər bir çox faydaları var. O, ləzzətli dadı və qoxusu ilə insanı məst edir.
Rozmarin ( bibəriyə ) nədir?
Rozmarin uzun illər ədviyyat, çay və efir yağı kimi istifadə edilən dərman bitkisidir. Aralıq dənizi iqlimində böyüyür və uzunluğu 2 metrə çata bilir. "Essence" onun mavi və ya yasəmən rəngli, ətirli çiçəklərindən əldə edilir. Qidaların rəf ömrünü uzadan təbii antioksidantdır.
Rozmarində vitamin və minerallar
Rozmarin bol A və C vitaminləri və B6 vitamini ehtiva edir. Tərkibində minerallar kimi maqnezium, kalsium, mis, manqan və dəmir var.
Rozmarinin hansı faydaları var?
•Həzm sistemi üçün faydalıdır. İltihab əleyhinədir. Mədə xorası, həzmsizlik və bağırsaq problemləri üçün təbii vasitə kimi istifadə olunur.
•Xərçənglə mübarizə aparır. Rozmarində olan karnosol, rozmarinik, betulinik və karnozik turşu kimi maddələr xərçəngə qarşı qoruyucudur. Dəri, döş, qaraciyər, prostat, sidik kisəsi, yumurtalıq, yoğun bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənginə qarşı mübarizə aparır. Kimyaterapiya zamanı həkimlə məsləhətləşərək istifadə edilə bilər.
•İmmunitet sistemini gücləndirir. Antioksidant xüsusiyyəti sayəsində bədəndə immun sistemi üçün dəstək müdafiə xətti yaradır. Bir çox xəstəliklərə qarşı qoruyur.
•Sinir sistemini qoruyur. Tərkibindəki karnozik və rozmarin turşuları sayəsində neyronların xarab olmasının qarşısını alır. Alzheimer, demans və Parkinson kimi xəstəliklərin qarşısının alınmasında çox faydalıdır. Diqqəti təmin edir.
•Sidikqovucudur. Bədəndən suyun xaric olmasını sürətləndirir. Artıq yağ və duzun bədəndən daha asan çıxarılmasına kömək edir. Tiroid disfunksiyası olan xəstələrdə görülən uremiyanın müalicəsində də faydalıdır.
Rozmarinin başqa faydaları
•Baş ağrılarına yaxşı gəlir.
•Tənəffüs yollarına faydalıdır, burun tıkanıklığını aradan qaldırır.
•Antiseptik xüsusiyyəti sayəsində ağızdakı yaraların daha tez sağalmasını təmin edir.
•Qəbizlik problemini həll edir.
•Qışda qan dövranını sürətləndirir və bədəni istiləşdirir.
•Arıqlamağa kömək edir.
Rozmarin yağının faydaları nələrdir?
•Barmaqlarda və ayaq barmaqlarında qan dövranını pozan, damarları açan Raynaud xəstəliyinə xeyirlidir.
•Traxeyada iltihabı aradan qaldırır və nəfəs almağı asanlaşdırır.
•Rozmarin efir yağını tənəffüs etmək diqqəti artırır.
•Baş ağrısı, miqren, mensturasiya ağrıları və mədə kramplarına qarşı təsirli masaj yağı kimi istifadə olunur.
•Aromaterapiya kimi lavanda yağı ilə birgə istifadəsi stress və narahatlığı azaldır, antidepresan xüsusiyyətlər göstərir.
•Dəridə ultrabənövşəyi şüaların yaratdığı pisləşmənin qarşısını alır.
•Qaraciyərin iltihabının qarşısını alır.
•Tərkibindəki rozmarin turşusu sayəsində göbələk və kandidoz xəstəliyinə qarşı mübarizə aparır.
•Saç tökülməsi və kəpək problemi ilə mübarizə aparır.
•Ağcaqanad və gənə kimi qan əmici milçəkləri və həşəratları dəf edir.
Rozmarin çayını necə hazırlmaq olar?
1 çay qaşığı qurudulmuş rozmarin yarpağı bir stəkan suda qaynadılır. Bir müddət gözlədikdən sonra içməyə hazırdır.
Mətbəxdə rozmarin necə istifadə olunur?
Ətlərin marinadlanması prosesində əlavə ləzzət kimi istifadə olunur. Limonada təzə rozmarin əlavə etmək olar. Qurudulmuş rozmarin pizza hazırlamaqda istifadə edilə bilər. Qiymə ətə rozmarin ekstraktı əlavə edilə bilər ki, ət bişərkən xərçəng əmələ gəlməsinin qarşısı alınsın.
Rozmarinin zərərləri nələrdir?
•Hər qida kimi rozmarindən də dozada istifadə etmək yaxşıdır. Həddindən artıq tükədilərsə, əks təsirləri görünər.
•Rozmarin çayı gündə 1 stəkandan çox işilməməlidir.
•Maksimum bir həftə müntəzəm olaraq istifadə olunmalı, sonra bir həftəlik fasilə verilməlidir.
•Həddindən artıq istifadədə ağciyər ödəmi, spazm, qusma və koma görünə bilər.
•Uzun müddətli istifadədə hamilə qadınlarda aborta, kişilərdə sperma zəifləməsinə səbəb ola bilər.
•Nanə və buna bənzər otlara qarşı allergiyası olan insanlar rozmarin və rozmarin yağı qəbul etməməlidirlər.
•Xroniki bir xəstəliyiniz varsa və ya müntəzəm istifadə etdiyiniz dərmanlar varsa, həkiminizlə məsləhətləşmədən istifadə etməyin.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
