Bu gün:

Xoşbəxtliyin beyin sağlamlığına təsiri


Bədbəxtlik və beyin arasında birbaşa əlaqə var.

Mütəxəssislər deyir ki, xoşbəxtlik dözümlülüyü və müqaviməti artırır. Huna görə rə xoşbəxtlik həm də xəstəliklərin tez sağalmasına kömək edir. Birləşmiş Millətlər Təşkilatı (BMT) 2012-ci ildə bütün dünyada insanların xoşbəxtliyi xatırlaması və qeyd etməsi üçün 20 Mart tarixini Ümumdünya Xoşbəxtlik Günü elan edib. Nevrologiya Mütəxəssisi Dos. Dr. Barış Metin qeyd edir ki, uzun müddət bədbəxtlik yaşayan insanların beyinlərində kiçik büzülmələr yaranır. Bu bir çox elmi araşdırmalarda göstərilib. Bu hala, xüsusilə, müalicə olunmamış depressiyası olan xəstələrdə tez-tez rast gəlinir. Uzun müddət davam edən bədbəxtlik, həyatdan həzz almamaq tibbi yardım tələb edir. Yaşlılıqda olan kədər demensiya ilə nəticələnə bilər.

Sağlam olmayan pəhriz xoşbəxtlik səviyyəsini aşağı salır

Dos. Dr. Metin deyir ki, sağlam və balanslı qidalanma bir çox xroniki xəstəliklərin qarşısını alır. Buna görə də insan uzun müddətdli xoşbəxt olur. Qısa müddətli xoşbəxtlik və həzz üçün vitaminlər olmayan qeyri-sağlam qidalanma uzun müddətdə diabet və piylənmə kimi sağlamlıq problemlərinə səbəb olur, xoşbəxtlik səviyyəsini aşağı salır.

Sağlam beyin üçün

•Keyfiyyətli yuxu alın. Yaddaş yaxşı yatmayanda bir növ zədələnir.

•Sağlam qidalanın. Çünki beyniniz yaxşı işləmək üçün lazımi resurslara malikdir.

•İdmanla məşğul olun.

•Yaddaşı gücləndirən üsulları sınayın. Məsələn, yadda saxlamaq istədiyinizi şeyi daim təkrarlayın. Bu beyni məlumatı fayllamağa sövq edir və onu saxlayan neyron şəbəkəni gücləndirir. Yeni məlumatları əvvəllər öyrənilmiş məlumatlarla əlaqələndirmək də xatırlamağa kömək edir.

•Sosiallaşmaq. Xüsusilə də əks cinslə vaxt keçirməyə laqeyd yanaşmayın. Araşdırmalar göstərir ki, əks cinslə vaxt keçirmək yaddaş üçün faydalıdır.

•Siqaretdən, spirtdən və stressdən çəkinin.

•Səhv etməkdən qorxma. Ən böyük səhv, səhv etməkdən qorxmaqdır! Unutmayın ki, beyniniz uğursuzluq üçün deyil, uğur üçün proqramlaşdırılıb.

Beyin üçün faydalı ilk 5 qida

Beyin üçün elmi cəhətdən sübut edilmiş faydaları olan qidalar: Zoğal,qaragilə,kahı və kələm,balıq,ispanaq

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş